"Neftçi" - "Xəzər Lənkəran" oyunu heç-heçə başa çatdıQarşılaşmanın 56-cı dəqiqəsində qonaqlar azlıqda qalıblar. Manuel Skarlatake qırmızı vərəqə görərək meydandan qovulub. Üstünlükdən istifadə edən “Neftçi” 58-ci dəqiqədə Araz Abdullayevin qolu ilə irəli çıxıb – 1:0.
Lakin “Neftçi” futbolçularının sevinci uzun sürməyib və qonaqların futbolçusu Rahid Əmirquliyev 60-cı dəqiqədə hesabda tarazlıq yaradıb. Görüş elə 1:1 hesabı ilə də başa çatıb.