Valideynlərdən qəbul üçün 50 manat, hər ay isə 20 manat tələb olunur

Sosial / Bolge 21-09-2015, 16:58
Valideynlərdən qəbul üçün 50 manat, hər ay isə 20 manat tələb olunur





















Bərdə rayonunda özbaşınalıqlar pik həddə çatıb.

Vəziyyət o qədər pisləşib ki, artıq uşaq baxçalarında belə valideynlərdən açıq-aşkar pul tələb olunur.
Şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının müdirləri valideynləri dəvət edərək, onlardan uşaqlarını qəbul etmələri müqabilində 50 manat tələb edirlər. Və bunu belə əsaslandırırlar ki, guya, onlardan hər uşaq üçün yuxarılar «haqq» istəyir. Amma iş bununla da bitmir. Məsələ ondadır ki, həmin müdirələr qəbul etdikləri uşaqların valideynlərindən aylıq «haqq» da tələb edirlər.

Belə ki, rayondakı uşaq bağçalarının rəhbərləri hər ay üçün 20 manat verilməsi tələbi qoyublar. Bu tələbləri yerinə yetirməyənlərə isə bildirirlər ki, onların uşaqlarını qəbul edə bilməzlər. Səbəb kimi də yerlərinin olmamasını göstərirlər.

Demokratiya.info-ya məlumat verən Bərdə sakinləri vurğulayırlar ki, yaranmış vəziyyətdən dolayı uşaqlarını bağçaya qoya bilmirlər. Maddi imkanlarının zəif olması səbəbindən müdirlərin tələblərini yerinə yetirmək gücündə deyillər.

Bu əsnada onu da bildirək ki, Bərdə rayonunda fəaliyyət göstərən uşaq bağçalarının iş saatları da yerli müdirlər tərəfindən dəyişdirilib. Belə ki, saat 17:00-a kimi uşaqlara baxmalı olan müəllimələr onların valideynlərindən tələb edirlər ki, hər gün saat 16:00-da uşaqları aparmalıdırlar.
Qeyd edək ki, Bərdə və Tərtər rayonlarındakı uşaq bağçalarının vəziyyəti, yaşanan özbaşınalıqlar, körpələrə verilən yeməklərin keyfiyyəti ilə bağlı geniş araşdırmamız yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.
Oxunub: 903
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10