backend

Saatlının qara günləri

Saatlının qara günləri

















Saatlı bu gün 37-ci ildən heç də fərqlənmir

Rayonun İcra başçısı Siragəddin Cabbarovun polis rejimi üzərində qurduğu idarəçilik üsulu
“Saatlı bu gün 37-ci ildən heç də fərqlənmir. İcra başçısı Siracəddin Cabbarovun və Rayon Polis şöbəsinin rəisi Cəbrayıl Vəliyevin müştərək yaratdıqları çirkli abı-hava sakinləri çıxılmaz vəziyyətə salıb”. Bu sözləri Saatlı rayon Nərimankənd kənd sakini Yadulla Sədulla oğlu Məmmədov qaynarxett.az-ya etdiyi müraciətində bildirib. Onun dediyinə görə, əvvəllər orta səviyyəli məmurlarda az da olsa, qorxu hissi var idi. Bu vətəndaşlarda da özünü göstərirdi. Hardasa 2008-ci ildən sonra, yəni ki, hazırki icra başçısı Siracəddin Cabbarovun gəlişi ilə Saatlıda diktatura idarəçilik üsulu yaradıldı. Bütün sahələri əlində cəmləyən S.Cabbarov sakinlərə qənim kəsilməklə məmur özbaşınalığına yaşıl işıq yandırdı. Rüşvəti, korrupsiyanı hər bir məmurun gündəlik iş prinsipinə çevirən S.Cabbarov sakinləri bir dəfəlik susdurub, özünün köləsinə salmaq üçün 2011-ci ildə rayonun polis şöbəsinə təyin olunan C.Vəliyevlə iş birliyi qurdu. Bu gün demək olar ki, artq rayon polisi S.Cabbarovun asayişində durub, ancaq onun mühafizəsini həyata keçirir. 1991-ci ilin dekabrında könüllü olaraq Qarabağ müharibəsinə getdiyini bildirən şikayyətçi, daha sonra deyir: “1992-ci il fevralı 26-da Xocalı ətrafında yerli əhalinin ermənilərin mühasirəsindən çıxararkən ağır yaralanmışam. Əslində 2-ci qrup əlil olsam da, gəlki vicdan hissini itirmiş rüşvətxor həkimlər üzündən qrupum üçə endirildi. 2008-ci ildə Qarabağ müharibəsi əllilərinə tikilən binada mənzil almaq üçün icra başçısının müavini Rahib Salaxova və hüquq şöbəsinin müdiri Nürəddin Abdiyevə müraciət etdim. Onlar mənə bildirdilər ki, sənə veriləsi mənzil yoxdur, get əlin hara çatır şikayyət et. Əllilərin mənzillə təmin edilməsi üçün o vaxtlar yaradılan komissiyanın sədri Rahib Salaxov idi. Hansı ki, həmin binadan mənzil alan şəxslər, özləri etiraf edirdilər ki, 1500-2000 manat pul verməsən adını siyahıya salmayacaqlar. Məndə ki, o qədər pulu hardan tapa bilərdim. Bir sözlə kimlər ki, pul verdi, mənzil aldı, mənim kimi ölkənin ərazi bütövlüyü uğrunda həqiqi döyüşüb sağlamlığını itirən kəslər bu gün fərarilərin vətən, torpaq dərdi çəkməyən yaltaq və məttahların ayaqları altında tapdanır. Pulun hesabına saxta əlilik və veteran statusu alanlar icra başçısını diqqət və qayğısından kənarda qalmır. Maşın da onlara verilir, mənzil də. Maşınla bağlı üz tutduğum aidiyyəti qurumlar həmişə qapını üzümə bağlayıblar. Tək bir faktı qeyd edim. Ötən ay forma 88 almaqdan ötrü Mərkəzi Rayon Xəstəxanasına getdim. Qan analizini aparan Gülnarə adlı həkim mənə analizin qiymətinin 50 manat olduğunu dedi. Qarabağ müharibəsində olduğumu, yaralandığımı desəm də xeyiri olmadı. O isə öz növbəsində görün mənə nə dedi: Gözüm aydın canın çıxaydı getməyəydin. Pul mənə hər şeydən üstündür. Gülnarə həkimin belə təhqiramiz sözləri hələm yadımdan çıxmayıb. Xəstəxanada qarşılaşdığım belə xoşagəlməz qeyri-insani rəftarı icra başçısının birinci müavini İlham Quliyevin diqqətinə çatdırdım. Siracəddin Cabbarovun maliyyə imperiyasının baş sütunu olan İ.Quliyev məni əvvəlcə ələ saldı. Sonra otağından qovdu. İcra başçısı S.Cabbarovun da qəbuluna düşmək ermənilərin mühasirəsindən çıxmaqdan daha çətindir. Sakinlərlə özünün arasında keçilməz bir sədd yaradıb.
Saatlıya vətəndaşlarla görüş adıyla 3 nazir gəlib. Lakin gücləndirilmiş polis güvvəsinin rayonda yaratdığı fövqəladə vəziyyət nəticəsində sakinləri küncdə-bucaqda əsir saxlayırlar.
Yadulla Məmmədov onu da vurğulayır ki, Saatlıda məhkəməyə ehtiyac yoxdur. Çünki icra başçısı S.Cabbarov və polis rəisi C.Vəliyev cütlüyü məhkəmənin səlahiyyətini elə özləri yerinə yetirir. Həbs və höküm necə ki, Stalin dövründə olduğu kimidir.

Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tural