backend

Zakir Fərəcov şəhərdə “yenilik”lər etməyə başlayıb

Zakir Fərəcov şəhərdə “yenilik”lər etməyə başlayıb





















Zakir Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkasını bağladıb.

Satıcılar yarmarkanın icra başçının göstərişinə əsasən təmirə dayandırıldığı barədə onlara məlumat verildiyini bildiriblər. Yarmarkada meyvə-tərəvəz, ət, toyuq məhsulları, Çin istehsalı olan geyimlər birbaşa torpağın üzərinə sərilərək satılırdı. Sumqayıt yarmarkası Mərkəzi bazar və digər ticarət obyektlərdən ucuzluq baxımından fərqlənirdi. Buna səbəb bazarda meyvə-tərəvəzin birinci əldən satışının təmin edilməsi idi. Bəzi mənbələrin məlumatılna görə, yarmarkanın ərazisində yaşayış kompleksi tikiləcək. Xatırladaq ki, müstəqilliyin əldə olunmasına qədər yarmarka ərazisinində Sumqayıt şəhər trolleybus parkı olub. Ərazisi 5 ha-dan artıqdır və mərkəzdə yerləşir. Yarmarkanın Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Sərhəd Qoşunları Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyevin nəzarətində olduğu deyilir. Keçmiş başçı Eldar Əzizov yarmarkanın fəaliyyətinin dayandırılmasına cəhd etsə də, buna nail ola bilməmişdi. Yarmarka qiymətlərin ucuzluğu ilə yanaşı, antisanitariya vəziyyəti ilə fərqlənirdi. Burada hətta at əti və leç satışına da təsadüf edilmişdi. Məhz buna görə yarmarkanın bağlanmasının əsas səbəbi kimi antisanitariya şəraitinin aradan qaldır