backend

Maaş və pensiyalar isə yerində sayacaq

Maaş və pensiyalar isə yerində sayacaq


























Yeni ildə ölkədə bahalaşma olacağı ilə bağlı gözləntilər rəsmiləşməkdədir.

Gələn il kommunal xidmətlərin tariflərinin artılacağı büdcə zərfində nəzərdə tutulub. Gələn ilin baş maliyyə planında qiymətlərin artması büdcədən ayrılan dotasiyaların azaldılması kimi izah edilib:

"Tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilatı-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi, tarifləri (qiymətlər) tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi, Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının yaradılması əsas prioritetlərdən olacaq".

Maraqlıdır ki, hökümət kommunal xidmətlərin artırılmasını planlaşdırdığı halda, maaş və pensiya artımını nəzərdə tutmayıb. Əksinə büdcənin 25 faiz həcmində azalması ölkədə on minlərlə iş yerlərinin bağlanmasına səbəb olacaq...