Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar

gundem 26-09-2015, 21:43
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar








































Bu dəfə onlar yaşadıqları ərazidə çadır qurublar və tələbləri yerinə yetirilənədək çadırı tərk etməyəcəklərini bildirirlər.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, sakinlər qəzalı vəziyyətdə olan 43 saylı binanın həyətində çadır quraraq bir yerə yığışıblar: “Sakinlər çadır quraşdırıblar. Hazırda 50-dən çox sakin çadırdadır. Onlar qəzalı vəziyyətə düşən evlərinə görə kompensasiya verilməsini tələb edirlər. Tələbləri yerinə yetirilməyənədək çadırda gecələyəcəklər”.

Sakinlərin sözlərinə görə, tamamilə yararsız vəziyyətdə olan 55 evin köçürüləcəyi vəd edilsə də evlər köçürülməyib: “Məktəblər başlayıb. Bəzi ailələr kirayəyə köçürülüb. Çoxları isə Nazirlər kabinetinin qərarını gözləyir. Uşaqlar harada dərsə getsinlər, bunu bilmirik. Tələblərimiz yerinə yetirilməsə aclıq aksiyası da keçirəcəyik”.

Qeyd edək ki, həmin ərazidə tikilmiş 500-dən çox fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Sürüşməyə görə qəzalı vəziyyətə düşmüş 43 binada isə 90 ailə yaşayır. Ərazidəki 100-dən çox fərdi yaşayış evi isə uçmaq təhlükəsi qarşısındadır və Fövqəladə Hallar Nazirliyi evlərin yaşayış üçün yararsız olduğuna dair rəy verib.

Evləri qəzalı vəziyyətə düşən Zığ sakinləri dəfələrlə etiraz aksiyaları keçiriblər, o cümlədən Prezident Administrasiyasının qarşısında aksiyalara əl atıblar. Hökumət sakinləri evlərini tərk etməyə çağırır, ancaq qəzalı vəziyyətə düşən evlər üçün kompensasiya vəd etmir. Yalnız kirayə pulu veriləcəyini bildirir. Sakinlər isə ya yeni ev, ya da kompensasiya tələb edirlər.

Onu da qeyd edsək ki, ərazidə tikilən evlərin bir çoxu sənədsizdir.

Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar
Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə ərazisində qəzalı vəziyyətə düşən evlərin sakinləri yeni aksiyaya başlayıblar
Oxunub: 880
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10