backend

Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət - FOTOLAR

Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət - FOTOLAR

Bir neçə gün öncə Sumqayıtdakı 39 - cu məhəllədə yerləşən, əsasən kənd təsərrüfatı məhsullarının satıldığı yarmarka elə bir ciddi səbəb olmadan qapadıldı.

Şəhərdəki digər “bər - bəzəkli” bazarlardan fərqli olaraq, burada qiymətlər çox sərfəli idi. Belə ki, kəndçi məhsulunu hansısa “bazar dəllalı"nın toruna düşmədən bu yarmarkada sərbəst satır, müştəri isə sərf eləyən qiymətə alırdı. Bu günlərdə şəhərin ən çox kasıb təbəqəsinin üz tutduğu bazar narazılıqlara baxmayaraq ləğv edildi.
Bu da təbii olaraq böyük narazılıqlara gətirib çıxardı. Alıcı və satıcıların özlərinin də dediyi kimi, nə oldusa, kasıba oldu. Sözügedən bazarı qapatmamışdan öncə, müvəqqəti də olsa kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün hər hansı bir yer müəyyən etmək olardı. Görünür, bu, heç də bu hökmü verənlərə sərf etmir. Əlləri hər yerdən üzülən satıcılar bu gün həmin yarmarkaya yaxın olan 8 mikrorayonun ərazisinə səpələnib, məhsullarını satmaq zorunda qalıblar. Hal - hazırda binaların arasında şıdırğı alver və “döyüş” gedir. Belə ki, xırda məmurlar bu kasıb təbəqənin nümayəndələrini burda da rahat buraxmırlar. Natiq Ramazanov adlı satıcının bildirdiyinə görə, burda qanunsuz (?!) alver etdiyi üçün polislər(?) tərəfindən 81 AZN “cərimə” edilib. Ətrafda da bir neçə satıcı həmin məmurların qəzəbinə tuş gələrək iri məbləğdə qanunsuz olaraq cərimə olunublar. O cümlədən yol polisləri əsas olmadan onları incidir, məhsul gətirdikləri maşınlarını cərimə meydançasına aparacacaqları ilə hədələyirlər. Təzə “yem yeri” tapan həmin polislər vətəndaşlarla çox kobud rəftar edirlər. Məqsəd və niyyətləri isə hər kəsə aydındı.

Bu gün həmin biabırçı mənzərənin şahidi olub. Onun “mikrorayon-yarmarkada” lentin yaddaşına köçürdüyü “tarixi” görüntüləri oxucularımıza təqdim edirik.