backend

Sıravi müəllim az maaşa qane olmaq zorundadır

 Sıravi müəllim az maaşa qane olmaq zorundadır


















Ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu, Gəncə Dövlət Universitetində xəyal olaraq qalır.

Bu barədə daxil olan informasiyada bildirilir.

Məlumatı verən qaynaq daha sonra dia.az-a yazır: “Paytaxtin ali məktəblərində professorlar üçün 1000-1200 manat, dosentər üçün 700-800 manat, adi müəllimlər üçün 500-600 manat əmək haqqı verilir. Lakin GDU-da maaşlar bu rəqəmə çatmır. Gəncədə yerləşən və Kənd Təsərrüatı Nazirliyinə tabe olan ADAU-da da (tələbələri GDU-dan azdır) son bir tədris ilində əmək haqqı bir neçə dəfə artırılıb.

GDU-da pul vəsaitlərin xərclənməsində israfçılıq olunur. Uzun müddət idi ki, GDU-da yalnız rektor və tədris işləri üzrə prorektor üçüniki xidməti avtomobil var idi. Bu digər universitetlərdə də belədir. İndi isə 5 prorektordan 4-nə xarici avtomobil alınmışdır. Bu az imiş kimi, rektorun köməkçisinə də bir xarici markalı avtomobil AA seriyası ilə ayrılmışdır. Ümumiyyətlə, universitetdə 10-dan çox avtomobillər var. Əksəri xarici markalı maşınlardır. Heç kim bunun əleyhinə deyil. Amma bunlara verilən böyük məbləğ pul əmək haqqının artırılmasına sərf olunsaydı, yaxşı olmazdımı”.

Onuda bildirək ki, xəbəri verən qaynaq DİA.AZ-a əlavə bilgilər də verib. Bu barədə də yaxın vaxtlarda informasiya veriləcək. Diqqətiniz bizdə olsun. Qarşı tərəfi də dinləməyə hazırıq...