backend

"Kəndxudalar" kənd sakinlərinin tələb etdiyi arayışları "bazar” qiyməti ilə hesablayır

"Kəndxudalar" kənd sakinlərinin tələb etdiyi arayışları "bazar” qiyməti ilə hesablayır















Vətəndaşın iddialarına görə Porsova kənd icra nümayindəsi Rəcəb Əliyev və müavini Baxşeyiş imanov kəndə qənim kəsilib.

Belə ki, "kəndxudalar" kənd sakinlərinin tələb etdiyi arayışları "bazar” qiyməti ilə hesablayır və çəkinmədən Porsova kəndində meydan sulayırlar. Etiraz edən kənd sakinləri hədə-qorxu yolu ilə susdurulur.

Digər bir məlumatda isə vurğulanır ki, aztəminatlı ailələrə nəzərdə tutulmuş sosial yardımilar onlara deyil, imkanlı şəxslərə verilir. Bu da onu deməyə əsas verir ki, kənddə dərəbəylik və qanunsuzluq geniş formada höküm sürür. Bunlardan əlavə dövlətin ayırdığı sosial yardım "kəndxudalar" tərəfindən mənimsənilir.

İkanlı şəxslər icra nümayindəsinə lazımı hörmət etdikdən sonra məsələ öz müsbət həllini tapır. Göstərilən faktlarla kənddə problemlər bitmir. İndicə əldə etdiyimiz məlumatlara görə Porsova kəndinin bərbad yollarının təmiri üçün 80(min) manat ayrılıb. Lakin kəndin başbilənləri haqqda Xalqxeber.az-a olduqca ilginc məlumatlar ötürülür. Hətda məlumat da o da vurğulanır ki, kəndin yollarını təmir etmək məqsədi ilə ayrılan vəsaitin 70(min) manatı mənimsənilib.

Etiraf edək ki, sıradan bir kəndin icra nümayindəsi və müavini bu cür qanunsuzluqlara imza atırsa deməli "torbada” pişik var. Yardımlı rayonu kimlərinsə gəlir mənbəyinə çevrilməsi olduqca utanvericidir. Ən azından qeyd edilən rayon digər rayonlar kimi geniş imkanlara malik deyil. Bunlardan əlavə Yardımlı sakinlərinin güzəranı göz önündədir. Vəzifə səlahiyətlərindən düzgün istifadə etmək və rayon sakinlərin firəvanlığı naminə addımlar atmaq böyük hünər tələb edir.

Bir daha nəzərinizə çatdıraq ki, Yardımlı RİH-nin başçısı Sevindik Hətəmov və müavini Mahir Mirzəyev ətrafında gəzən söz-söhbətlər yaxın zamanlar da yayımlanacaq. Və biləcəksiniz ki, "xırda" məmurlara şərait yaradan "iri" məmurlar hansı tələblə sakinlərin qəzzəbinə tuş gəlib. Bizi izləməyi davam edin. /xalqxeber/