backend

Elmar Qasımovla Mustafa Babanlı arasında qalmaqal

Elmar Qasımovla Mustafa Babanlı arasında  qalmaqal



















İKİ REKTORUN DAVASI

Keçən günlərdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla Azərbaycan Dövlət Neft Akademiyasının təzə təyin edilən rektoru Mustafa Babanlı arasında baş verən qalmaqal diqqətlərdən yayınmadı. Hər halda, iki gənc "neftçi rektor"un bu şəkildə üz-üzə gəlmələri təsadüfi hesab olunmadığından kifayət qədər cəlbedici idi.

Bir neçə gün öncə Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Mustafa Babanlı çıxış edib. Onun ardınca söz Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova verilib. E.Qasımov çıxışa başlayanda M.Babanlı zalı tərk etmək istəyib. E.Qasımov ona "hara gedirsiz" deyə sual etsə də, M.Babanlı etiraz formasında əlini yelləyərək zalı tərk edib. Bir daha qeyd edək ki, bu xəbər bir neçə saytda yayılsa da, sonradan həmin saytlardan yığışdırılıb.Əslində Mustafa Babanlının Elmar Qasımova bu şəkildə reaksiya verməsi səbəbsiz olmayıb. Bununla bağlı redaksiyamıza danışan mənbə iki gənc rektor arasındakı ixtilaflı duruma da işarə edib.

Mənbənin söylədiklərindən belə aydın olur ki, Elmar Qasımov özünü Bakı Ali Neft Məktəbinin rektoru postunda nə qədər rahat hiss etsə də, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsinə də təyinatda zamanında maraqlı tərəf kimi çıxış edib. Hətta ya özünün, ya da digər yaxın bir adamının (onun kimliyi ilə bağlı daha geniş bilgiləri yaxın günlərdə diqqətinizə təqdim edəcəyik -red.) Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsinə gətirilməsi üşün möhtərəm Qasımov əziyyət də çəkib. Amma alınmayıb. Görünür, indi də cənab Babanlıya həmin "əziyyətin" unudulmadığını ifadə etməsi üçün fürsət düşübmüş...

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında bu günlərdə sərəncam imzalayıb. və Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Bu sərəncamla ynaşı həmin gün prezident həm də Mustafa Babanlının rektor təyin olunması haqda da sərəncam verib. Yəni aydın olur ki, Elmar Qasımov həmin 2-ci sərəncama qarşı xeyli çaba sərf edib.

Danışan mənbə onu da əlavə edib ki, bu günlərdə daha bir sərəncam də gözlənilir. Bu dəfə isə Bakı Ali Neft Məktəbinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tabe etdirilməsi nəzərdə tutulur.

Yəni Elmar Qasımov cənabları boşundan narahat deyilmiş...