backend

Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb

Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb






















Paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir.

Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli olacaq.

BAKU.WS-ə bildirilib ki, bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı-Taksi-Xidmətinə aiddir.

"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, - deyə bildirilib.