backend

Böhran “MERO”ları da vurdu, məzənnəni daha 200 manat artırıblar

Böhran “MERO”ları da vurdu, məzənnəni daha 200 manat artırıblar












Azərbaycanda son illər avtomobil qəzaların və bu səbəbdən də ölüm hallarının sayı xeyli artıb.

Baş verən qəzaların böyük qisminin sürücülərin naşılığı üzündən reallaşması isə sirr deyil. Və həmin naşılığın da əsas baiskarları olaraq İmtahan Qeydiyyat İdarələrinin (MERO) olduğu şübhə döğurmur.

İki həftə bundan əvvələ qədər sürücülük vəsiqələrini kateqoriyalar və rayonlar üzrə 600-1000 manat civarında satışa çıxarmış “MERO”lar, artıq qiymətləri qaldırıblar. Verilən məlumatda deyilir ki, hazırda B kateqoriyası üzrə sürücülük vəsiqələrinə 850-950 manata, BC kateqoriyalı sürücülük vəsiqələrinə 1200-1400 manata, D və E kateqoriyalı sürücülük vəsiqələrinə isə 2000-2500 manat civarında qiymət qoyulub.

Mənbə bildirir ki, qiymət artımına səbəb heç də sürücülərin peşəkarlıq qabiliyyətini artırmaq və ya onları oxuyaraq imtahana gəlmələrini təmin etmək deyil. Əksinə, son dönəmlər sürücülük vəsiqəsinə sahib olmaq istəyənlərin sayının azalmasıdır. Bu da yerli “MERO”ların aylıq planlarının dolmamasına gətirib çıxarıb. Ki, nəticədə qiyməti artırmaqla əvvəlki gəlir səviyyəsini bərpa etməkdir.