backend

Yerlibazlıq, tərəfkeşlik şirkətdə dəb düşüb

Yerlibazlıq, tərəfkeşlik şirkətdə dəb düşüb
















AZFEN şirkətində nə baş verir?

"Mətbuatda haqlı olaraq AZFEN şirkətində baş verən özbaşınalıqlara dair "AZFEN şirkətində yerlibazlıq, tayfabazlıq hökm sürür" başlıqlı məqalə dərc olunduqdan sonra AZFEN şirkətinin prezidenti əməli tədbir görmədi, əksinə şirkətdə bu məlumatları mətbuata kimin ötürməsi ilə bağlı maraqlanmağa başladı və hazırda da bu istiqamətdə işlər aparır".

Bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, 1996-cı ilin yanvarında ARDNŞ ilə Türkiyənin TEKFEN şirkəti tərəfindən təsis edilmiş AZFEN, neft və digər sənaye sahələrində hər növ inşaat, emal, nəqliyyat, mühəndislik və layihə idarəçiliyi, həmçinin müxtəlif növ inşaat materiallarının ticarəti ilə əlaqədar işləri həyata keçirmək üçün eks-prezidentin təşəbbüsü ilə yaradıldı. O zaman müəssisə 54 milyon dollar həcmində 24 layihəni işləyib sona çatdırmışdı. Hətta AZFEN və TEKFEN Qərb ixrac Neft kəmərləri layihəsində iştirak edərək, Azərbaycan ərazisində boru kəmərləri tikintisini Gürcüstanda nasos və təzyiqazaltma stansiyalarının, eləcə də elektrik, mexaniki və ölçü cihazları layihəsinin tikintisini yüksək səviyyədə başa çatdırmışdı.

Bu o zamana aid idi ki, onda AZFEN-ə İsmayıl Məmmədov kimi peşəkar mütəxəssis, karyerist olmayan bir şəxs rəhbərlik edirdi.

AZFEN şirkətində çalışan fəhlələrdən biri bildirir: "Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. AZFEN prezidentinin bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni "nabor" yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min ala bilir. Yerlibazlıq, tərəfkeşlik AZFEN şirkətində dəb düşüb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələr Tovuz rayonundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan sakini olur. AZFEN prezidenti Həmid Həsənovun özü tovuzludur. Bütün ətrafı tovuzlu, qazaxlı, ağstafalı, Gürcüstandan olan insanlardır. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə digər haqq-hesablardan pul qazanılması işlərinə baxır.

Ətrafına da öz qohum, qardaşlarını yığıblar. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun ətrafı tələbə yoldaşları, dost-tanışları, qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar.

Araşdırma aparılsa, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa fikir verilsə, AZFEN şirkətində çalışan işçilərin haqlı olduqları müəyyənləşər. Onda təsdiqlənməyən heç nə qalmaz. Bu zaman fəhlələrin orada nə çətinlik çəkdikləri bilinər".

Yazıdakı iddialarla bağlı şirkətin də mövqeyini dərc etməyə hazırıq.