Sensasion iddia: "Gizlədirlər, Məkkədə 4700-dək zəvvar ölüb"

418

Sensasion iddia: "Gizlədirlər, Məkkədə 4700-dək zəvvar ölüb"

















"4700-yə yaxın zəvvar Həcc ziyarəti zamanı həyatını itirib və təəssüflər olsun ki, dünya mediası qurbanların dəqiq sayını gizlədir".

Bu barədə Məkkədəki Mina vadisində sentyabrın 24-də baş verən faciə nəticəsində çoxsaylı zəvvarın ölümü ilə bağlı mətbuat konfransında çıxış edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi bildirib.

O qeyd edib ki, bu məlumatlar İranın Səudiyyə Ərəbistanındakı mənbələrinə əsaslanır.

Onun sözlərinə görə, hazırda 278 iranlı zəvvar izdihamda həyatını itirib, 240 nəfər xəsarət alıb. İbrahimi deyib ki, faciə ilə bağlı İranda üç günlük matəm elan edilib.

"Həcc ziyarətinin təşkilatçıları olan Səudiyyə rəsmi nümayəndələri baş vermiş faciəyə görə məsuliyyət daşıyırlar. Bu ona gətirib çıxara bilər ki, gələcəkdə zəvvarlar öz həyatları üçün narahat olacaqlar" - o bildirib.

İ.İbrahimi həlak olan zəvvarların kütləvi qəbirlərdə dəfn edilməsi ilə bağlı informasiyalara münasibət bildirərək, Səudiyyə Ərəbistanı hökumətini tənqid edib: "Səudiyyə orqanları həlak olan zəvvarların ölkələrinə verilməsindən imtina edir. İran öz vətəndaşlarının Məkkədə dəfn edilməsinə icazə vermir və İran nümayəndələrinə Minada baş vermiş hadisənin araşdırılması məqsədilə Səudiyyə Ərəbistanına səfər etmək üçün vizaların verilməsini tələb edir":

Həcc ziyarətinin təkcə Səudiyyə Ərəbistanı deyil bütün müsəlman ölkələri tərəfindən təşkil olunması ilə bağlı təklifə toxunan mədəniyyət mərkəzinin direktoru bildirib ki, Ayətullah Əli Xameneyi də vətəndaşları Həcc ziyarətinə yollanan ölkələrin nümayəndələrinin Səudiyyə Ərəbistanında müqəddəs yerləri ziyarət edən zəvvarların təhlükəsizliyinin təmin olunması prosesində iştirak etmələrini təklif edib.

İ.İbrahimi Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarların ölümü ilə bağlı da başsağlığı verir