Xətai rayonun şəhidə hörmətsizlik edilib

gundem 30-09-2015, 15:06
Xətai rayonun şəhidə hörmətsizlik edilib
















Rayon icra başçısı şəhidə büst qoyulması nəzərdə tutulan yerdə kafe açılmasına şərait yaradıb.


Bununla bağlı Fikrət Bağırov Əli oğlu azinforum.az-a məktub ünvanlayıb. Şikayətçi bildirir ki, onun Bağırov Rəşid adlı qardaşı 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub:
“Həmin vaxt mənim böyük qardaşım Məhərrəmə şəhid qardaşımızın xatirəsini əbədiləşdirmək məqsədilə 40 kv. metrlik sahə ayrılıb.

Vaxtı ilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda da yerin şəhidin büstünün qoyulması üçün ayrıldığı qeyd olunub. Uzun illərdi şəhid qardaşımın adını daşıyan – Rəşid Bağırov 36/6 (UPD qəsəbəsi, klubla üzbə-üz) ünvanında onun büstünü qoya bilmirik. Etdiyimiz şikayətlərə baxan yoxdur.

Hazırda Məhərrəm adlı qardaşım həmin 40 kvadratın ətrafını da qanunsuz zəbt edərək , orada kafe açıb. Mən saytınız vasitəsi ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək onlardan şəhid adına hörmətlə yanaşmalarını tələb edirəm.

Onların gücü çatmırsa, mən öz vəsaitim hesabına qanunla ayrılmış, lakin hazırda kafe kimi fəaliyyət göstərən yerdə şəhid qardaşımın büstünü qoymağa hazıram. Sadəcə, mənə qanunsuz zəbt edilmiş ərazinin boşaldılmasına köməklik göstərsinlər.
Məndə olan məlumata görə, Məhərrəm həmin kafenin ərazisini hazırda başqa bir adama satmağa hazırlaşır”.

Xətai rayonun şəhidə hörmətsizlik edilib
Xətai rayonun şəhidə hörmətsizlik edilib
Xətai rayonun şəhidə hörmətsizlik edilib
Xətai rayonun şəhidə hörmətsizlik edilib
Oxunub: 648
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10