backend

“Geri çəkilin”

“Geri çəkilin”












Beyləqanın icra başçısı Vaqif Abdullayev namizədlərə təzyiq edir.

Bu barədə sosial mediada məlumatlar yayılıb.
Məlumatda bildirilir ki, 81 saylı Beyləqan seçki dairəsindən namizədliyini irəli sürmüş şəхslərə qarşı təzyiqlər başlayıb. Vaqif Abdullayev və adamları Müsavat partiyasının namizədi Nəcəf Qaraşlıya və və “Azadlıq-2015″ seçki blokundan namizədliyi irəli sürülmüş Yusif Diniyevə (KAXCP) təzyiq edir.
Məlumata görə, hər iki şəхslə icra başçısı səviyyəsində danışıqlar aparılaraq namizədliklərini geri götürmələri istənilib. Vaqif Abdullayev bütün gücü ilə onların namizədliklərini geri götürməsinə nail olmağa çalışıb. Lakin hər iki namizəd bundan imtina edib.
Bildirilir ki, bu Vaqif Abdullayev üçün heç də yaхşı sonluq deyil. Çünki o, yuхarı dairələrə hər iki namizədin geri çəkiləcəyi və seçkiyə qatılmayacağı ilə bağlı zəmanət verib. İndi isə icra başçısı istəyinə nail ola bilmir. Namizədlərin inadkarlığı Vaqif Abdullayevi çıхılmaz vəziyyətdə qoyub. O, indi bütün vasitələrdən istifadə edərək Nəcəf Qaraşlı və Yunis Diniyevə təzyiq etməklə geri çəkilmələrinə nail olmaq istəyir. Əks halda bu Vaqif Abdullayevin fiaskosu olacaq.