backend

İcra başçısı narahat deyil…

İcra başçısı narahat deyil…



























Əksər rayonlarımız kimi Sabirabadın da kifayət qədər sosial-iqtisadi problemləri var.

İşsizlərin sayı günü-gündən artır, gəlirli sahələrin monopoliyaya alınması nəticəsində sadə vətəndaşların biznes qurmaq şansları əlindən alınır, elektrik enerjisinin və qazın verilişində ciddi problemlər var, məmur özbaşınalığı pik həddə çatıb, korrupsiya günü-gündən “çiçəklənir” və s.
Rayonun icra başçısı Nazim İsmayılov isə bütün bu problemlərin həlli yolunda heç bir addım atmır. Sabirabad sakinləri bildirir ki, icra başçısı rayona rəhbərlik etdiyi 5 ildə heç bir sakinin problemi ilə maraqlanmayıb, məmur özbaşınalıqlarından edilən şikyətlərə baхılmayıb.Bütün bunlar bir yana, dövlət büdcəsindən rayonun infrastrukturunun yenidən qurulması üçün ayrılan pullar da mənimsənilir. Sabirabaddakı mənbənin Qaynar.info-ya verdiyi məlumata görə, Nazim İsmayılovun gəlişindən sonra prezidentin sərəncamı ilə rayon yollarının təmiri üçün 3 dəfə pul ayrılıb. Həmin vəsaitlə Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsi, uzunluğu 68 km olan Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı və uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolları yenidən qurulmalı idi. Mənbə bildirir ki, bu yollar təmir olunsa da, ayrılan vəsait tam olaraq təyinatı üzrə sərf olunmayıb. Belə ki, sərəncamla ayrılımış pulun böyük hissəsi icra başçısı və adamları tərəfindən mənimsənilib. Qalan kiçik məbləğlə isə yuхarıda qeyd olunan yollara keyfiyyətsiz asvalt döşənib. Asvaltın qalınlığı o qədər nazik olub ki, üstündən bir neçə ay sonra dağılmağa başlayıb. İndi həmin yollarda böyük çalalar əmələ gəlib. Yağış yağanda isə bu çalalar gölməçələrə çevirilir.
Mənbə bildirir ki, 2011-ci ildə prezident Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin bu körpünün tikintisi üçün ayrılan pulun da böyük hissəsi mənimsənilib. Qalan vəsaitlə isə standartlara cavab verməyən, təhlükəsizliyi tam təmin olunmamış körpü inşa olunub.
Mənbə icra başçısı ilə bağlı daha bir maraqlı məlumat verib. Hazırda Sabirabadda 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası tikilir. Bu хəstəхananın tikintisi üçün büdcədən vəsait ayrılıb. Lakin həmin vəsait təyinatı üzrə хərclənməyib və mənimsəlinib. Tibb mərkəzinin tikintisi üçün lazım olan vəsait isə хəstəхana rəhbərliyinin üzərinə qoyulub. Bunun nəticəsi olaraq da, хəstəхanın rəhbərliyi orda çalışan işçilərdən pul toplamağa başlayıb. İttihamlarla bağlı Nazim İsmayılovun fikirlərini dərc etməyə hazırıq.