backend

QARŞIDURMA

QARŞIDURMA



















Nanə Ağamalıyevanın təqdimatında efirə gedən “Nanəli” verlişinin ilk buraxılışında qalmaqal olub.

Bu dəfə diqqət mərkəzində dəfələrlə küsüb barışan Nadir Qafarzadə ilə xalq artisti Flora Kərimova olub.
Publika.az xəbər verir ki, müğənni Nadir Qafarzadə “Maral” mahnısını ilə bağlı “Əcəb edirəm. Mən o mahnı ilə uşaq böyüdürəm, ev saxlayıram” deməsinə xalq artisti Flora Kərimova sərt reaksiya verib:
“Nadir, incəsənətdə “əcəb edirəm” deyə bir anlayış yoxdur. Oğul, səsinizi sevirlər. Səslə, intellekt ilə qəbul olunmaq lazımdır. Siz içəri girdiniz, amma sizə çörək verən insana salam vermədiniz (özünü nəzərdə tutur – red). Sonra dilimin ötkəmliyindən ehtiyat edib salam verdiniz. Bu, səhnə və münasibət mədəniyyətidir”.
Bu sözləri eşidən Qafarzadə “Mən sizə dedim ki, bura gəlməyim. Mənim daşım ağırdır” deyərək əsəbi halda studiyanı tərk edib.
Nadir Qafarzadə baş verənlərlə bağlı sosial şəbəkədə açıqlama verib:

“Mən həmişə özümdən böyüklərə də, kiçiklərə də hörmətlə yanaşmışam. Bu xanıma da sonsuz hörmətim var. Ancaq bu o demək deyil ki, hər dəfə mənimlə duet oxuduğunu başıma vurmalıdır. “Sənə çörəyi mən vermişəm” deyə məni pərt etməlidir. Əvvəla, hər bir bəndəsinə çörəyi, ruzunu Allah verir. Biz ancaq vasitəçiyik. Mən də sayı-hesabı bilinməyən işlər görmüşəm. Durub onu kiminsə başına vurmalıyam? Mən uşaq deyiləm. 44 yaşım var və səbir kasası deyilən bir şey var. Yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız. Bundan sonra kim məndən hörmət görmək istəyirsə, özünü böyük kimi aparsın. Flora xanımla isə düşmən deyiləm. Yenə görsəm, Allahın salamını verəcəyəm. Alsa da sağ olsun, almasa da. Allah can sağlığı versin sizə, Flora xanım. Xatırladım ki, mən bu sənətə 80-ci illərin əvvəllərində öz zəhmətimlə gəlmişəm. Allah da məni mükafatlandırıb. Çünki Allahıma xor baxan və naşükür olmamışam. Çox şadam ki, zəhmətim hədər getməyib. Beş yaxşı oxuyandan biriyəm. Yaşından asılı olmayaraq, mənə sataşan cavabını alacaq. Flora xanım mənim uşaqlıq illərimin sənətkarıdır və onu sevirəm. Bir neçə duet ifa etmişik. İstəməzdim belə olsun. Bunu ona yaraşdırmadım. Mənim ki onunla işim yoxdur. Özümü isə günahkar hesab etmirəm. Hər zaman kiçiklik etmişəm. Yetər artıq. Məni mən edən siz tamaşaçılarım olmusunuz. Allah sizdən razı olsun. Dərd odur ki, kişi müğənnilər mənim paxıllığımı çəkir. Bu qadınlara nə düşüb, anlaya bilmirəm. Bəlkə, köçüm Azərbaycandan?!”