backend

Deputatlığa namizəd, Cəlilabad rayon Olimpiya İdman Kompleksinin direktoru Əsgərov Cavid Həmdulla oğlu barədə ŞOK İDDİALAR

Deputatlığa namizəd, Cəlilabad rayon Olimpiya İdman Kompleksinin direktoru Əsgərov Cavid Həmdulla oğlu barədə ŞOK İDDİALAR























Cəlilabad rayon Olimpiya İdman Kompleksinin direktoru Əsgərov Cavid Həmdulla oğlunun rəhbərlik etdiyi təşkilatda qanunsuz hərəkətlərə yol verməsi barədə bir neçə yazı dərc edildi.

Amma yazıda ittiham olunan Cavid Əskərov onun barəsində deyilən ittihamlara cavab vermədi.

Bu dəfə yenidən redaksiyamıza Olimpiya İdman Kompleksinin rəhbəri Cavid Əskərovla bağlı şok faktlar daxil olub. Əldə edilən müəlumata görə 1972-ci ildə Cəlilabad rayon Sabirabad kəndində doğulub boya başa gələn Əsgərov Cavid Həmdulla oğlu 1991-1994-cü illərdə Azərbaycanın ağır günlərində vətənə hərbi xidmət borclunu yerinə yetirmək əvəzinə hansısa çirkin yollara əl ataraq hərbi xidmətdən boyun qaçırıb. Deyilənlərə görə qanunsuz yollarla xəstəlik sənədləri düzəldib, 2-ci qrup əlillik dərəcəsi alaraq Qarabağ uğurunda gedən döyüşlərdən yayınıb.

Qeyd edək ki, Cavid Əsgərov Pedoqoji Universitetində rəsm və əmək ixtisası üzrə təhsil alıb. Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunduğdan sonra, Cavid Əskərov öz ixtisası üzrə Cəlilabad rayon Sabirabad kənd Həmid Tağıyev adına orta məktəbdə əmək və rəsm müəllimi kimi işləyib.

Əldə edilən Məlumatda deyilir ki, Cavid Əskərov orta məktəbdə işlədiyi dövrdə məktəbin direktoru tərəfindən ona təklif olunub ki, Yeni Azərbaycan partiyasının sıralarına daxil olsun. Cavid Əsgərov Yap partiya sıralarına daxil olmaqdan imtina edib.

Məlumatda onuda bildirillər ki, Azərbayca Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 31 iyul 2012-ci ildə Cəlilabad rayon Olimpiya İdman Kompleksində açılış olduqdan sonra, adı çəkilən təşkilata rayonun qabağcıl idman ustalarından yox, vətənin dar günündə özünə 2-ci qrup əlillik dərəcəsi alaraq müharibədən gizlənən əmək və rəsm müəllimi işləyən Cavid Əsgərovu Olimpiya İdman Kompleksinə direktor təyin ediblər.

Qeyd edək ki, deyilənlərə görə, Cavid Əsgərov vəzifə sahibi olan kimi dərhal Yap sıralrına daxil olub. Eyni zamanda da 2-ci qurp əlillikdən də, imtina edib.

Çox maraqlıdır Cavid Əsgərovla bağlı deyilənlər doğru olarsa, onda bəs görəsən aidiyyatı qurumlar hansı addımı atacaq?

Onu da əlavə edək ki, Cavid Əsgərov vətənin ağır günündə xidmətdən boyun qaçırsa da, 1-noyabr 2015- ci ildə keçiriləcək parlament seçkilərində 67-saylı seçki dairə üzrə MSK-nın qeydiyatından keçib.