backend

Tolik: "O, jurnalist deyil, salonlara gəlib şampun satandır"- VİDEO

Tolik: "O, jurnalist deyil, salonlara gəlib şampun satandır"- VİDEO






















Tolik Günay İbrahimlinin yalanını ortaya çıxardı

Dünən müğənni Günay İbrahimlinin imza günü keçirilib.

Axşam.az-ın məlumatına görə, ifaçı pərəstişkarlarını başına toplayaraq ilk albomu olan “Sənə bağlanıram”ı sevənlərinə hədiyyə edib.

G.İbrahimlinin mətbuat xidmətindən yayılan açıqlamada bildirilir ki, həmin gün İraqdan gələn jurnalist Muhammed Nasir müğənnidən müsahibə alıb.

Prodüser Tarix Əliyev (Tolik) bununla bağlı sosial şəbəkədəki hesabından açıqlama yayıb. O bildirib ki, həmin şəxs əslində jurnalist deyil, Bakıda müxtəlif əşyaların satışı ilə məşğul olan şəxsdir:

"İraqda müharibə gedir. O, jurnalist deyil, salonlara gəlib şampun satandır. Sizi aldadıblar. Günayın belə reklama ehtiyacı yoxdur, ən azından sənəti var. İnşallah, bu yaxınlarda yenə yanıma gələr, şəkil çəkdirib paylaşaram. Şampun, ətir, saç aksessuarları satan qardaşımızdır”.