backend

Təhsil Nazirinin nəzərinə: Lerik rayonunun Birkəndul kənd məktəbinin adı var, özü yox

Təhsil Nazirinin nəzərinə: Lerik rayonunun Birkəndul kənd məktəbinin adı var, özü yox


















Ağılagəlməz faktdır ki, bu məktəbdə demək olar ki, dərslər keçirilmir, müəllimlər isə maaş alır

Respublikamız özünün-iqtisadi, mədəni inkişafının yeni bir mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi ölkə təhsilinin ən müasir Avropa standartlarına uyğun qurulması istiqamətində dövlət başçısı möhtərəm İlham Əliyev cənabları və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO və USESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən ciddi addımlar atılır, yeni təhsil ocaqları tikilir, əsaslı təmir olunur.
Zəruri avadanlıqlarla, pulsuz dərs vəsaitləri ilə təmin edilir, məktəblərin maddi texniki bazası qurulub. Bu diqqət və qayğı özünü məcburi köçkün və qaçqın rayonlarımızın ümumtəhsil ocaqlarında daha bariz göstərməkdədir. Qaçqın və köçkünlərimizə xüsusi Heydər Əliyev ehtiramı, həssaslığı bu günkü dövlət başçımız tərəfindən, sözün ən yaxşı mənasında uğurla davam etdirilməkdədir.
Digər sahələrdə olduğu kimi, təhsildə də işə qəbul qaydaları müəllimin bilik və bacarığı əsasında qəbul komissiyası tərəfindən müsabiqə yolu ilə müəyyənləşdirilir.
Bu da təbii ki, işə qəbulda neqativ hallara yol verilməməsi, məktəblərimizdə savadlı pedaqoji kadrların yerləşdirilməsi və fəaliyyətinə geniş imkanlar yaradılması məqsədinə xidmət edir. Lakin, çox təəssüf ki, bu diqqət və etimaddan sui-istifadə edən, onu doğrultmayan, öz fəaliyyətini şəxsi maraq prinsipləri üzərində quran, “Burda mənəm, Bağdada kor xəlifə” ədası ilə qanun-qadağa tanımayan, müəllim və valideynlərlə hesablaşmayan İntiqam Ağayev kimi direktor adını ucuz tutan rəhbər kadrlar da aramızda yox deyil. Lerik rayonunun Birkəndul kənd məktəbi bu gün onun sayəsində “Adı var, özü yox” statusu qazanması kimi utancverici bir hal kənd sakinləri və valideyinlərini ciddi narahat edir. Ağılagəlməz faktdır ki, bu məktəbdə demək olar ki, dərslər keçirilmir. qaynarxett.az-ya daxil olan məlumatda bildirilir ki, məktəb direktoru İntiqam Ağayev 2 gün öncə müəllimləri bir yerə yığıb, dərsə gəlmədikləri üçün haqqını toplayıb və bildirib ki, yığılan məbləğin bir hissəsi rayon təhsil şöbəsinin müdürünə çatacaq. Ən acınacaqlısı budur ki, kənd bələdiyyəsinin sədri Vüqar müəllimin də adı dərsə gəlməyən müəllimlər siyahısındadır. O, qonşu Vistən kənd məktəbində də beləcə “dərs deyir”. Heyrətlənməyə bilmirsən və düşünürsən ki, görəsən biz hansı dövrdə yaşayırıq? Direktor Intiqam Ağayev dövlətin təhsil ocağında ağalığını edir, olmaya onu özəlləşdirib və ya özününküləşdirib, sakinlərin xəbəri yoxdu? Yoxsa, hesab edir ki, dövlətin qanunları ona şamil edilmir?
Bəs rayon təhsil şöbəsinin qulağının dibində bu boyda həngamadan xəbəri yoxdurmu?


Bu barədə geniş araşdırmamızı növbəti sayımızda oxuya bilərsiniz

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq