backend

"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır

"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
























Fabrikdə xammal kimi, Türkiyə və İtaliyada istehsal edilmiş təbii dəridən istifadə edilir

Bakı. 07.10.2015-ci il. (Azərinform) Hazırkı dövrdə geyim nümunələrinin hazırlanmasının estetik keyfiyyəti, müasirliyi, həmçinin düzgün və zövqlü istifadəsi özünü ümumi “geyimmədəniyyəti” anlayışı ilə təsdiq etmiş, cəmiyyətin sosial-mədəni inkişafında mühüm yer almışdır.
Hər bir fərdin geyimə olan kompleks tələbatını ödəyən nümunələrdən biri də ayaqqabıdır. Bu ləvazimat özü də ibtidai dövrdən indiyədək təkmilləşmə və formalaşma prosesini keçməkdədir. Ümumiyyətlə, həm keçmişdə, həm də müasir dövrdə ayaqqabıların hazırlanması zamanı keyfiyyətlə yanaşı, onların estetik görünüşünə, daha zövqlü olmasına da diqqət yetirilir. Ölkəmizdə istehsal olunan ayaqqabılar artıq xaricə ixrac olunur. Belə şirkətlərdən biri də “Daimoni” ayaqqabı fabrikidir. 2011-ci ildən fəaliyyət göstərən fabrik kişi və qadın ayaqqabıları istehsal edir.
Bu günlərdə biz fabrikdə olub görülən işlərlə tanış olduq. Respublikada ayaqqabı istehsalı üzrə məhsuldar fəaliyyət göstərən müəssisə Bakının Yeni Suraxanı qəsəbəsində yerləşir. Fabrikin direktoru Yaşar Hüseynovdan öyrəndik ki, “Daimoni” MMC 2011-ci ildən fəaliyyətə başlamış və istehsal etdiyi çoxçeşidli nümunələrilə həm respublika, həm də xarici ölkə bazarlarında özünü təsdiqləyə bilmişdir. 200 nəfərə yaxın işçinin çalışdığı müəssisəyə İtaliyadan beynəlxalq standartlara cavab verən texniki avadanlıq gətirilmişdir. Elə həmin ölkədən dəvət olunmuş mütəxəssislər tərəfindən 81 istehsal prosesində texniki avadanlıqlardan istifadə qaydalarınıın öyrənilməsi üçün texniki-maarifləndirmə kursları təşkil edilmişdir.
Müasir texnoloji prosesdə konveyer üsuluna əsaslanan istehsal bir neçə mərhələdən ibarət olaraq- “Kəsim”, “Tikiş”, “Çəkməçi” sexlərində ardıcıl olaraq həyata keçirilir. Xammal kimi, Türkiyə və İtaliyada istehsal edilmiş təbii dəridən istifadə edilir. Burada hazırlanan nümunələrdə çoxsaylı çeşidlər vardır. Əsasən, klassik modeldə kişi, eləcə də idman ayaqqabılarının istehsalına üstünlük verilir. Müəssisənin respublikanın müxtəlif bölgələrində–Qəbələ, Xaçmaz, Şəmkir və həmçinin paytaxt Bakı şəhərində 15-dən çox mağazası fəaliyyət göstərir. Bunlarla yanaşı, müəssisə Dağıstana, eləcə də Rusiyanın Moskva, Sankt-Peterburq və Tümen kimi müxtəlif şəhərlərinə məhsul ixrac edir. Yuxarıda ayaqqabı istehsalı üzrə fəaliyyətləri şərh edilən müəssisələrlə yanaşı, Bakı, Sumqayıt şəhərlərindəki müxtəlif sexlərdə də sözügedən istehsal istiqamətində fəaliyyət davam etdirilir. Lakin burada nümunələrin çeşidləri nisbətən məhdud olur. Buna baxmayaraq, həm də fərdi sifarişlər əsasında hazırlanan ayaqqabılarda utilitar-funksional baxımdan ciddi problemlər yaranmır. Təbii ki, onları estetik keyfiyyət baxımından xarici istehsala əsaslanan yüksək səviyyəli nümunələrlə müqayisə etmək düzgün olmaz. Lakin təbii dəridən hazırlanan bu ayaqqabılar ayağın anatomik-fizioloji quruluşuna uyğunluğu (əlbəttə ki, fərdi qaydada) baxımından daha rahatdır.
Qeyd edək ki, bir çoxları kimi biz də son zamanlar bu xidmətdən istifadə edirik. Hər halda, ümidvarıq ki, həmin ayaqqabıların da çeşid nümunələri artırılacaq, eləcə də yeni-yeni modellərin estetik görünüşləri müştərilərin zövqünə uyğun olacaq.
Yarandığı vaxtdan etibarən təkmilləşən fabrik respublikada ayaqqabı sənayesinin inkişafında mühüm rol oynamış və bu sahədə öz istehsal fəaliyyətini davamlı olaraq genişləndirmişdir. Burada ixtisaslaşmış dizaynerlər, ustalar, həmçinin peşəkar və böyük təcrübəyə malik digər texniki işçi heyəti də çalışır. Fabrik dünya standartları səviyyəsində qabaqcıl texnologiyalara cavab verən ən müasir və yüksək istehsal imkanlarına malik olan avadanlıqlarla təchiz edilmişdir. Burada Almaniya, İtaliya, Türkiyə, Rusiya və Cin istehsalı olan avadanlıqlar, avtomatlaşdırılmış yığım xətləri sayəsində istehsalda böyük nailiyyətlər əldə olunmuşdur. Müəssisəyə daxil olan xammal-materiallar, xüsusən təbii dəri peşəkar mütəxəssislər tərəfindən laboratoriya şəraitində dəqiqliklə yoxlanıldıqdan, onun tələblərə cavab verdiyi müəyyənləşdirildikdən sonra istehsalata buraxılır.

"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır
"DAİMONİ" ayaqqabı fabriki böyük nailiyyətlər qazanır