backend

KƏLBƏCƏR TŞ-NİN MÜDÜRÜ ELMİRA ŞÜKÜROVANIN OĞLU QUMARDA KÜLLÜ MİQDARDA PUL ÜDUZUB – İDDİA

KƏLBƏCƏR TŞ-NİN MÜDÜRÜ ELMİRA ŞÜKÜROVANIN OĞLU QUMARDA KÜLLÜ MİQDARDA PUL ÜDUZUB – İDDİA













Kəlbəcər Təhsil şöbəsinin müdirəsi Elmira Şükürovanın oğlu Emin Hüseynov Gəncə şəhərindəki qeyri-rəsmi futbol kontorlarının birində külli miqdarda pul uduzduğu iddia olunur.

Azərbaycan məmurların cənnət məkanına dönüb. İş o yerə çatıb ki, ölkə prezidentinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq məmurların və onların övladlarının «qudurğanlığı» və «özbaşınalığı» hər gün artmaqdadır. Elə son baş verən faciəvi hadisələrdə bunun bariz sübutudur. Prezident İlham Əliyevin Binəqədi rayonunda yanan binanın səbələrini araşdıran dövlət komissiyasının iclasındakı son çıxışı da göstərdi ki, doğurdan məmur özbaşınalığı artıq bütün həddləri aşmaqdadır.

Qəribədir ki, bir neçə il əvvəl bu özbaşınalıqlar nazir, nazir müavinləri səviyyəsində olsa da, indi artıq rayonların idarə müdirləri səviyyəsinə qədər inkişaf edib və artıq kiçik idarə müdirləri dövlətdən o qədər vəsait oğurlayırlar ki, kiçik məmur övladları qumar masasında 100 min manatlarla vəsaiti belə uduzmaqdan çəkinmirlər. Bəlkə də ona görə ki, 100 min manatlar onlar üçün xırda pul hesab olunur.
Ötən həftə qaynarxett.az xəbər vermişdi ki, Kəlbəcər təhsil şöbəsinin müdiri Elmira Şükürova oğlu Emin Bayramova görə 200 min manat xərcə düşüb. Həmin məlumatda qeyd etmişdik ki, Elmira Şükürova Ağdam rayon Təhsil Şöbəsi müdiri vəzifəsindən kənarlaşdırılmamışdan 10 gün öncə özünə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən fermasını 500 min manata satıb. Şöbə müdiri fermasının satışından əldə etdiyi vəsaiti Kəlbəcər rayonuna “perevod” olunmasına və oğlunun probleminin həll edilməsinə xərcləyib.
Belə ki, AzFakt.com-un Elmira Şükürovanın oğlunun hansı problemlə üzləşməsi ilə bağlı apardığı araşdırmada məlum olub ki, Gəncə şəhər Apellyasiya məhkəməsində şöbə müdiri işləyən Emin Hüseynov Gəncə şəhərindəki qanunsuz bukmekerlərin birində 200 min manata yaxın pul uduzub. İnformasiya mənbəmiz bildirir ki, Təhsil şöbəsi müdirinin oğlu xeyli müddətdir futbol qumarına qurşanıb. Onun bu aludəçiliyi ilə bağlı dəfələrlə anası Elmira Şükürova ilə söz söhbətləri çıxsa da, Emin Hüseynov vərdişindən əl çəkməyib.
Mənbə iddia edir ki, şöbə müdiri oğlunun çıxılmaz vəziyyəti ilə əlaqədar təcili şəkildə onun borcunu ödəməyə məcbur olub. Çünki dövlət məmurunun 200 min manat pul uduzması barədə hansısa problemlərin ortaya çıxması həm Elmira Şükürovanın, həm də oğlunun karyerasının üstündən birdəfəlik xətt çəkə bilərdi.
Gəncədəki mənbəmiz bildirir ki, Emin Hüseynov özündəki 23 min manat vəsaiti nəğd şəkildə proqnoza uduzduaqdan sonra «nisyə» oynamağa başlayıb. Onun bu nisyə oyunu təxminən bir neçə ay çəkib və sonda 200 min manata qalxıb. Borcun şişdiyini görən kantor sahibi isə pulunu tələb etməyə başlayıb və vəsaitin ödənilmədiyi təqdirdə Elmira Şükürovaya və oğluna ciddi problemlərin yaranacağı bağlı xəbərdarlıq edib. Məhz bundan sonra Elmira Şükürova məcburən oğlunun 200 min manatlıq problemini həll edib.
İnformasiya mənbəmiz bildirir ki, təhsil şöbəsi müdirinin oğlu 200 min manat vəsaiti ödədikdən sonra hələki vərdişindən əl çəkib. Çünki xanım Şükürova ona xəbərdarlıq edib ki, bir daha belə qara işlərlə məşğul olsa, o zaman ona kömək etməyəcək. Mövzunu diqqət mərkəzində saxlayacağıq.
Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.