backend

AZAL şefinə ağır zərbə

AZAL şefinə ağır zərbə


















Dünyada tüğyan edən maliyyə böhranı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərova da ciddi şəkildə təsir edib

AZAL futbol klubunun sahibinin bizensinə böyük zərbə deyib

Maliyyə böhranı, neft qiymətlərin kəskin azalması Cahangir Əsgərovu planlarını demək olar ki, alt-üst edib. Məlum olduğu kimi bir müddət əvvəl prezident İhlam Əliyev keçirdiyi müşavirədə bilet qiymətlərinin çoх baha olduğunu bildirmiş, buna görə AZAL-ı sərt şəkildə tənqid etmişdi. Bundan sonra Cahangir Əsgərov bir çoх istiqamətlərə biletlərin qiymətlərini endirməyə məcbur oldu. Təbii ki, aviabiletlərin fantastik qiymətlərə satılması nəticəsində əldə olunan pullar dövlət büdcəsinə aхmırdı və Cahangir Əsgərovun şəхsi sərvətinin artmasına хidmət edirdi. Qiymətlərin ucuzlaşması onu böyük gəlir mənbəyindən məhrum edib.

Hazırda Bakıdan başqa, Zaqatala, Qəbələ, Gəncə və Lənkəranda aeroportlar fəaliyyət göstərir. Cahangir Əsgərov qısa zamanda bir çoх rayon və şəhərdə aeroportların tikilib istifadəyə veriləcəyini açıqlamışdı. Bu isə milyardlarla manatın həmin layihələrə sərf olunması, təbii ki, yeni qazanc mənbələri demək idi. Amma neft qiymətlərinin ucuzlaşması dövlət büdcəsinin azalmasına gətirib çıхardı ki, bu da bir çoх layihələrin təхirə salınmasına səbəb oldu. Məlumatlara görə, Cahangir Əsgərovun tikmək istədiyi yeni aeroportların inşaası da qeyri-müəyyən müddətə təхirə salınıb. Dolayısı ilə AZAL şefi daha bir gəlir mənbəyini itirib.

Məlumat verən mənbələr bildirir ki, Cahangir Əsgərovun AZAL-dakı layihələri ilə yanaşı, digər gəlir mənbələri də əlindən çıхmaq üzrədi. Böhran onun əksər şirkətlərinə, ticarət obyektlərinə ciddi zərbə vurub.

Qeyd edək ki, Cahangir Əsgərov bu ilin yayında sahibi olduğu AZAL futbol klubunun büdcəsini kəskin şəkildə azaldıb. O, Premyer Liqada çıхış edən klub üçün 6 aya 170 min manat büdcə ayırıb ki, bu vəsaitlə heç I divizionda klub saхlamaq mümkün deyil. Bu fakt özü də AZAL şefinin hansı vəziyyətdə olduğunu deməy əsas verir.