backend

Saatlar geri çəkiləcək

Saatlar geri çəkiləcək












2015-ci il oktyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Respublikasının ərazisində saatların əqrəbi bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtı tətbiq olunur. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtına keçid edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.