Səhiyyə ocağı antisanitariya mənbəyidir

gundem 17-10-2015, 23:37
Səhiyyə ocağı antisanitariya mənbəyidir














Səhiyyə sahəsində problemlər barədə kifayət qədər yazılsa da, bu sahədəki problemlər azalmır.

Paytaxtda fəaliyyət göstərən istər özəl tibb ocağı olsun, istərsə də dövlət xəstəxanaları, əksəriyyətinin fəaliyyəti insanları razı salmır. Demək olar ki, bir çox səhiyyə ocağında kifayət qədər çatışmazlıqlar mövcuddur. Bunlardan biri də "Su tikinti" xəstəxanasıdır. Sözügedən xəstəxananın fəaliyyətiylə bağlı xoşagəlməz sözlər deyilir. Bizə verilən məlumata görə, bu tibb ocağında əməliyyata girənlərin çoxu sağlamlığına qovuşmur. Bu isə qeyri-peşəkar həkimlərin və müasir tibbi avadanlıqların olmamasının nəticəsi kimi qiymətləndirilir. Yolu sözügedən tibb müəssisəsindən düşən yaxınlar, tanışlar dəfələrlə xəstələrə göstərilən xidmətin acınacaqlı durumundan şikayətlənirdilər. Su-tikinti xəstəxanasını görənlər bilirlər ki, tibb ocağı bərbad durumdadır. Xəstəxananı söküb, təzədən tikmək lazımdır. Az qala xəstələrin və həkimlərin başına uçsun. Xoşbəxtlikdən hələ ki, belə bir hadisə baş verməyib. Lakin xəstəxana bu hadisədən siğortalanmayıb. Ona görə də bu tibb müəssisəsini seçənlər diqqətli olsunlar. Bundan başqa bura daxil oldunsa gərək ciblərin yerə dəysin. Əks halda nəinki həkimi heç qapıçısı da üzünə baxmaz. Ümumiyyətlə, yolu bu xəstəxanadan düşənlər oradakı vəziyyətdən narazıdırlar. Belə ki, xəstəxanada əməlli-başlı özbaşınalıq baş alıb gedir. Kim nə istəyir onu da edir. Qeyd edək ki, bu səhiyyə ocağında antisanitariya baş alıb gedir. Belə antisanitariya olan yerdə sağlam adamlar da xəstəliyə tutula bilər. Lakin sözügedən xəstəxanada bir neçə xadimənin işləməsinə baxmayaraq səhiyyə ocağında təmizlikdən əsər-əlamət yoxdur. Nəzərə alsaq ki, sağlamlıq təmizlikdən başlayır. Ona görə də "Sutikinti" xəstəxanasında kiminsə sağlam olması şübhə altındadır. Çox güman ki, orada çalışan həkim və tibb bacıları da hansısa xəstəliyin daşıyıcılarıdır. Çünki gigiyenik qaydalara əməl olunmayan bir xəstəxanada kiminsə sağlam olması sual altındadır. Bundan başqa xəstələrə resept yazanda pambığa, şprisə yoda kimi yazırlar. Halbuki bunlar xəstələrə təmənnasız verilməlidir. Çünki Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında pullu tibbi xidmətin ləğvi barədə qərarı qüvvəyə minib. Bu qərara əsasən, ölkənin səhiyyə sistemində tibbi xidmətlər pulsuz olmalı idi. Lakin "Sutikinti" xəstəxanasında qərara heç əhəmiyyət verən də yoxdur. Bildiyiniz kimi, güzəştli kateqoriyaya daxil olan xəstələrə dərmanlar pulsuz verilməlidir. Lakin sözügedən tibb ocağında bu cür dərmanlar da xəstələrə nəyinsə müqabilində verilir. Bu da xəstələrin haqlı narazılığına gətirib çıxarır. Xəstələr həkimlərə bunu irad tutduqda isə həkimlər dərmanın qalmadığını əsas gətirərək məsuliyyətdən boyun qaçırırlar. Ona görə də sözügedən xəstəxanadakı durum araşdırılmalı və lazımi tədbir görülməlidir. Hətta bir neçə ay öncə səhiyyə işçiləri ilə keçirdiyi görüş zamanı ölkə prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır: "Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır". Prezidentin də söylədiyi kimi, bu gün imkanlı şəxslərin çoxu müalicə üçün xarici ölkələrə üz tuturlar. Ölkədə səhiyyə sisteminin inkişafına dövlət dəstəyinin artırıldığı bir dövrdə vətəndaşlarımızın bir hissəsinin xaricdə müalicəyə yollanması bəzi məqamlardan xəbər verir. Daha dəqiq desək, onların yerli səhiyyə sisteminə inamsızlığını ifadə edir.
Oxunub: 616
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10