backend

Əyyub Əyyubov Mingəçevir təhsilini uçuruma aparır

Əyyub Əyyubov Mingəçevir təhsilini uçuruma aparır














Təəssüflə də olsa qeyd edək ki, təhsil sistemi bəzi adamların etinasızlıq hədəfinə çevrilib.

Əksər təhsil ocaqlarının rəhbərləri işinin öhdəsindən layiqincə gələ bilmir. Belə şəxslər öz işlərində ciddi nöqsanlara yol verirlər. Nəticədə də vətəndaşlar ziyan çəkir. İşlərinə qarşı laqeyd münasibət göstərən şəxslərə görə təhsilin keyfiyyəti aşağı düşür. Xüsusilə də regionlarda əksər təhsil ocaqlarının fəaliyyətində ciddi nöqsanlara yol verilir. Bunlardan biri də Mingəçevir Turizm Kollecidir. Əldə etdiyimiz məlumata görə, bu təhsil müəssisəsinin fəaliyyətində çatışmazlıqlar mövcuddur. Kollecin rəhbəri Əyyub Əyyubov təhsil ocağını idarə edə bilmir. Tələbələrə problemlər yaradan Əyyub Əyyubovun təhsilə bəxş etdiyi “töhfələr”dən Mingəçevir camaatı cana yığılıb. Bu şəxsdən nə tələbə, nə də müəllim heyəti razı deyil. Tələbələrin qarşısına şərtlər qoyulur. Oxuyan tələbələr də, oxumayan tələbələr də bu şərtlərə əməl etmək məcburiyyətindədirlər. Rəhbərliyin şərtlərinə əməl olunmadıqda, tələbələr də, müəllimlər də incidilir. Elə müəllim var ki, qiyməti öz savadına əsasən alan tələbələrin tərəfində olsa da, kollec rəhbərinin tələblərini yerinə yetirməyə məcbur olur. Əks halda rəhbərliyin qəzəbinə tuş gəlirlər. Sözügedən təhsil ocağında özbaşınalıq hökm sürür. Kollecə nə gələn bəllidir, nə də gedən. Etibarlı mənbələrin verdiyi məlumata görə, Əyyubov kollecə qanunsuz tələbə qəbul edib. Hələ ki, bu şəxslərin adları jurnala yazılmayıb. Mənbənin sözlərinə görə, kollecə yoxlama gələndə müsabiqədənkənar təhsil ocağına qəbul edilən tələbələr dərhal evə göndərilir. Birinci kursu bitirəndən sonra ikinci kursdan həmin tələbələrin adları jurnala yazılır. Bundan başqa müəllimləri də özünə tabe edən Əyyub Əyyubov onlara da yersiz müdaxilələr edir. Belə ki, tələbələrə aşağı qiymət yazılmasını tələb edir. Heç bir tələbəyə yüksək qiymət verilməsin kimi tələblər irəli sürür. Hansı müəllim tələbələrə yüksək qiymət yazsa, həmin müəllimi işdən çıxaracağıyla hədələyir. İmtahanlar zamanı isə qaydalara əməl etməyən tələbələri imtahandan kəsməyi tələb edir. Ona görə də hazırda Mingəçevir Turizm Kollecində müəllim heyəti və rəhbərlik arasında münasibətlərdə gərginlik yaşanır. Əldə etdiyimiz məlumatlarda göstərilir ki, Əyyub Əyyubov kollecdə "ölü" canlar saxlayır. Öz yaxın adamlarının adları təhsil ocağında müəllim kimi olunur. Mənbə bildirir ki, kollecdə müəllim kimi çalışan lakin pedaqoji təhsili olmayan kifayət qədər "müəllim" var. Əksəriyyəti Mingəçevirdə hansısa kursu bitirmiş şəxslərdir. Nəyinsə müqabilində belə şəxsləri işə götürən kollec direktoru təhsil ocağını əsl xaosa çevirib. Təhsilin keyfiyyətini arxa plana salan Əyyubov kolleci öz qaydaları əsasında idarə edir. Bu şəxsi təhsilin keyfiyyəti deyil, öz maraqları düşündürür. Ona görə də bu gün Mingəçevir Turizm Kollecini bitirən tələbələrin əksəriyyəti işsiz qalıb. Bəziləri öz ixtisaslarına uyğun çalışmır. Bəziləri isə ümumiyyətlə iş tapa bilmir. Ona görə də Təhsil Nazirliyinin sözügedən təhsil ocağıyla bağlı ciddi araşdırmalar aparmasına ehtiyac var. Təhsilə kölgə salan Əyyub Əyyubovun bu sahədən getməsi Mingəçevir təhsilini təhlükədən xilas etmiş olacaq. Böyük ehtimalla Mingəçevir Turizm Kollecini Beynəlxalq Universitetin aqibəti gözləyir. Təhsildə bu ilki kəşf edən isə məhz bir zamanlar qalmaqallı və Azərbaycanda qanunsuz “diplom” əməliyyatları icra edən universitetlərin ilk ünvanı olan "San-Marino" universitetinin keçmiş rektoru Əyyub müəllimdir. Qeyd edək ki, Əyyub müəllimin saxta diplom və tələbələrdən nəsə toplamaq kimi böyük təcrübəsi var. Ümid edirik ki, tələbələrin səsini təhsil naziri eşidəcək və bununla bağlı lazımi tədbirləri görəcək.