backend

Nizami Feyzullayevin fəaliyyəti rayon sakinlərini qane etmir

Nizami Feyzullayevin fəaliyyəti rayon sakinlərini qane etmir



























Ölkə səhiyyəsinin durumu getdikcə pisləşməyə doğru irəliləyir. Xüsusilə də bölgələrdə səhiyyənin durumu bərbad haldadır.

Bölgələrdən paytaxta daxil olan xəstələrin ölümcül halda olması onu göstərir ki, regionlarda xəstəxanaların fəaliyyəti qənaətbəxş deyil. Bizə daxil olan məlumata görə, sözügedən xəstəxanada savadsız kadrlar çalışır. Baş həkim daxil olmaqla bütün işçi heyəti işinə qarşı laqeyddir. Xəstələrə qarşı laqeyd münasibət göstərirlər. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası xəstələri lazimi tibbi xidmətlə təmin etmir. Bizə verilən məlumata görə, sözügedən baş həkim Nizami Feyzullayev başda olmaqla bütün həkimlər pasiyentlərə gəlir mənbəyi kimi baxırlar. Xəstə baş həkimi və digər işçiləri görməsə xəstəyə baxan olmur. Xüsusilə də diabet xəstələri, təzyiq problemi olan xəstələrə qarşı münasibət çox pisdir. Yaşlı şəxslərə göstərilən tibbi xidmət sıfıra bərabərdir. Sözügedən xəstəxananın dövlət büdcəsindən maliyyələşməsinə baxmayaraq, vətəndaşlara pulsuz tibbi xidmət göstərilmir. Vətəndaşların normal tibbi xidmətlə təmin olunması üçün mütləq əlləri ciblərində olmalıdır. Pasiyentlərin sözlərinə görə, Nizami Feyzullayev baş həkimi olduğu rayon mərkəzi xəstəxanasında bəzi həkimlər şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən nəsə umurlar. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə heç kəsə məlum deyil. Təəssüf ki, belə bir vəziyyətdə səhiyyə sisteminin inkişafı arxa plana keçir və maddi maraqlar önə gəlir. Ona görə də dövlət tərəfindən maliyyələşən səhiyyə ocaqlarında kifayət qədər problemlər yaşanır. Bizə verilən məlumatlarda göstərilir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi xəstəxanaya ayrılan vəsaiti təyinatı üzrə sərf etmir. Sözügedən səhiyyə ocağının təmirə ehtiyacı olduğu halda baş həkimi xəstəxananın vəziyyəti narahat etmir. Bu gün pasiyentlərin ölkə səhiyyəsinə inamı sıfıra enib. Təəssüf ki, bölgələrdə yaşayan insanlar rayon xəstəxanalarına inanmırlar. Çünki dəfələrlə olub ki, rayon xəstəxanasının həkimlərinin apardıqları səhv müayinə və müalicənin nəticəsində pasiyentin səhhəti daha da pisləşib. Hətta səhv diaqnoz nəticəsində Kürdəmirdə neçə-neçə azyaşlı uşaqlar şikəst olublar. Bu səbəbdən də Kürdəmir rayon Mərkəzi Xəstəxanasının həkimlərinin savadına şübhəylə yanaşılır. Təəssüf ki Nizami Feyzullayev bu cür həkimlərin hələ də xəstəxanada qalmasına göz yumur. Bütün bunlar onu göstərir ki, sözügedən səhiyyə ocağında əməlli-başlı özbaşınalıq hökm sürür. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkimləri rayon camaatının ancaq cibini güdür. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə açıq şəkildə nələrsə tələb olunur. Nəzərə almaq lazımdır ki, bu gün ölkə vətəndaşlarının tibbi sığortası yoxdur ki, əməliyyata ehtiyac olanda rahatlıqla hər hansı poliklinikaya getsinlər. Vətəndaş öz qazancı hesabına həkim qəbulu, müayinələr, dərmanlar, bəzi cərrahi əməliyyatların xərcini ödəyir. Lakin bahalı, bəzən xaricdə əməliyyat tələb edən xəstəliklər, aztəminatlılar, pensiyaçılar, tələbələr üçün həkim qəbulunun, müayinələrin ödənişi böyük problemə çevrilir. İnsanları narazı salan bütün işlərdən Səhiyyə Nazirliyi və Kürdəmir rayon icra hakimiyyətinin bilavasitə məlumatları olmalarına baxmayaraq, problemlərin həlli üçün faktiki olaraq heç bir addım atılmır. Ölkə səhiyyəsində vəziyyət getdikcə pisləşir. Hətta son illərdə özəl tibb müəssisələrinin artması da bu sahədəki mənzərəni dəyişə bilmədi. Əsas problem dövlətə məxsus tibb müəssisələrinə yanlış kadrların rəhbər seçilməsidir. Həmin rəhbərlər ki, öz işinin öhdəsindən layiqincə gələ bilmirlər. Qeyri-peşəkarlıq, məsuliyyətsizlik nümayiş etdirərək səhiyyə sahəsindəki vəziyyəti daha da pisləşdirirlər. Qeyd edək ki, Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır.