backend

Şahin Qasımov işçilərinə hədə-qorxu gəlir?

Şahin Qasımov işçilərinə hədə-qorxu gəlir?
























Mədəniyyət və Turizm Nazirliyinin yerlərdəki şöbələrinin fəaliyyəti qənaətbəxş deyil.

Çünki Mədəniyyət və Turizm Nazirliyinin şöbələriylə bağlı şikayətlər artmaqda davam edir. Xüsusilə də regionlarda baş verənlər onu deməyə əsas verir ki, bu sahədə vəziyyət heç də xoşagələn deyil. Əsasən də Ağdam Mədəniyyət və Turizm Şöbəsində xoşagəlməz durum yaşanır. Nazirliyin bu şöbəsinin fəaliyyətində ciddi nöqsanlara yol verildiyi deyilir. Sözügedən mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımovun fəaliyyəti heç kəsi razı salmır. Bu şəxs hesabatlar zamanı elə danışır ki, sanki fəaliyyəti dövründə bütün işlərinin öhdəsindən layiqincə gəlib. Şöbə müdiri kimi işinə qarşı daim məsuliyyətli olub. Üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirib. Lakin rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlar deyilənlərin həqiqət olduğunu sübut etmir. Dəfələrlə Ağdam Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımovun yarıtmaz fəaliyyəti barədə şikayət xarakterli informasiyalar yayılmaqdadır. Bu şəxs rəhbərlik etdiyi qurumdan öz məqsədləri üçün istifadə edir. Ətrafına öz yaxın adamlarını toplayan Şahin Qasımov dövlət qurumundan bəhrələnməkdədir. Vətəndaşları narahat edən məsələlərdən biri Ağdam Mədəniyyət və Turizm şöbəsinə tabe olan mədəniyyət müəssisələrində, kitabxanalarda, mədəniyyət evlərində, eləcə də klublarda çalışanların əmək hüquqlarının tapdalanmasıdır. Belə ki, kitabxanalarda, mədəniyyət evlərində, klublarda çalışan insanlar vaxtlı -vaxtında əməkhaqqı ilə təmin olunmurlar. İşçilərin əməyindən sui-istifadə edirlər. Bundan başqa orada çalışanlarla müqavilə bağlanmır. Ona görə də müqavilə bağlamadığı şəxsləri asanlıqla işdən çıxararaq yelərinə başqa adamları götürürlər. Verilən məlumata görə, bir çox işçilər var ki, onların sadəcə adları işdə gedir. İşçilərin adlarına alınan əmək haqları isə idarə rəhbərliyinə çatır. Eyni zamanda idarə rəhbərliyinin başqa bir qazanc mənbəyi isə kitabxanaların, mədəniyyət evlərinin və klubların cari təmiridir. Bu gün Şahin Qasımovun rəhbərlik etdiyi şöbənin tabeliyində 16 mədəniyyət evi, 14 klub, 51 kitabxana, 3 muzey və 11 uşaq musiqi məktəbində 781 nəfər ixtisaslı mütəxəssis çalışır. Bu gün əksər məlumatlarda Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımovun da öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar var. Deyilənə görə, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə şöbə müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Mənbə iddia edir ki, Ağdam Mədəniyyət və Turizm Şöbəsinin müdiri dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə sərf etməyib. Deyilənlərə görə, Şahin Qasımov Ağdam Mədəniyyət və Turizm Şöbəsində olub-bitənlərin mətbuatda işıqlandırılmasından ciddi narahatlıq keçirir. Tabeliyində çalışanlara mətbuata məlumat ötürməmələri ilə bağlı daim xəbərdarlıqlar edir. Əgər mətbuatda gedən yazılara görə kimdənsə şübhələnərsə, həmin şəxsin aqibətinin heç də yaxşı olmayacağını bildirir. Təəssüf ki, Şahin Qasımovun qanunsuz fəaliyyətiylə bağlı hələ ki, ölçü götürülməyib. Ümid edirik ki, yaxın zamanda Qasımovun əməllərinə lazımi səviyyədə qiymət veriləcək.