backend

Hər il 200 min manatdan artıq korrupsiya

Hər il 200 min manatdan artıq korrupsiya


















İcra başçısı və qudası körpələrin ərzaq pulları ilə xaricdə istirahət edirlər.

Tofiq Zeynalov və Mahir Həsənov Tovuz bağçlarındakı körpələrin boğazlarından yeməklərini kəsərək öz övladlarının yaxşı yaşamasını təmin edirlər. İcra başçısının nəvələri hər il müxtəlif ölkələrin istirahət mərkəzlərinə gəzməyə gedirlər. Tofiq Zeynalov və qudası müavini Mahir Həsənov ildə bir neçə dəfə xarici ölkələrdəki müalicə mərkəzlərinə gedirlər. Bu müalicə mərkəzlərinə gedib gəlmək müalicə və istirahət etmək ümumilikdə 50-100 min mnata başa gəlir.

Tovuz rayonunda fəaliyyət göstərən uşaq bağçalarında acınacaqlı vəziyyət hökm sürür. Bu barədə informasiya verən mənbə bildirir ki, rayonun kənd bağçaları ilə bərabər Tovuz şəhərində fəaliyyət göstərən bir çox bağçalarda belə körpələr normal qidalana bilmirlər. Buna görə də valideyinlər hər gün uşaqları üçün müxtəlif ərzaq məmulatları almaq məcburiyyətində qalırlar.

Rayonda fəaliyyət göstərən uşaq bağçaları Tovuz şəhər icra nümayəndəsinə tabe olduğu üçün, bağçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Tovuz rayon Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə bağçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin böyük bir hissəsini mənimsənilir.

Mənbəmiz bildirir ki, uşaq bağçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarları rayon icra başçısı Tofiq Zeynalov və onun birini müavini qudası Mahir Həsənovdur. Belə ki, icra başçısının göstərişi ilə bağçalara nəzarəti öz üzrərinə götürən Mahir Həsənov Tovuz şəhər icra nümayəndəsi ilə əlbir olaraq dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəini cibinə axıdır. Bağçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 35-40 faizi icra başçısı Tofiq Zeynalova çatdığı deyilir.

Aparılan araşdırmalardan məlum olur ki, hər il Tovuz şəhər və kəndlərində uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən ümumilikdə 300 min manatdan çox vəsait ayrılır. Məsələn 2014-cü il Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında Tovuz rayonuna 229 min manat (229300) ərzaq mallarının alınması üçün vəsait ayrıldğı yazılıb. Həmin vəsaitin 111 (111350) Tovuz şəhər icra nümayəndəliyinə, yerdə qalan 118 min manat (118200) vəsait isə kənd bağçalarına ayrılıb.

Bundan başqa Tovuz rayon daxili büdcəsindən şəhər və kənd bağçalarına əlavə ərzaq mallarının alınması üçün 75 min manat vəsait ayrılıb. Ümumi vəsait 350 min manat təşkil etdiyi halda Tovuz bağçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı Tofiq Zeynalov və müavini Mahir Həsənov uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər.

Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə qudası hər il bağçalara ayrılan ərzaqdan ən azı 150 - 200 min manat arasında qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir. 2015-ci iləd bu vəsait 250 (252200) min manat olub. Həmin vəsaitin 61 (61000) mini Tovuz şəhər baxçalarına yerdə qalan 190 min manat isə kənd baxçaları arasında bölünüb. Rayon daxili büdcəsindən isə əlavə olaraq 85 min manat vəsait ayrılıb.

Belə ki, hər il dövlət və rayon daxili büdcəsindən kəndlərdə və Tovuz şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 200-250 min manat arası vəsait ayrılır. Ayrılan vəsaitin isə 30-40 faizi aidiyyatı üzrə xərclənir. Yerdə qalan vəsait birbaşa icra başçısı ilə birinci müavini və bu işdə onlara “yardımçı” olanlar arasında bölüşdürülür. Rayon sakinin iddiasına görə bir neçə dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Tovuz şəhərində və kəndlərindəki uşaq bağçalarında yoxlama aparıb. Aparılan yoxlamalarda komitə əməkdaşları çoxlu sayda bərbad vəziyyətlə üzləşiblər.

Belə ki, Tovuz bağçalarında “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır. Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur.

Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur və sair problemlər ortaya çıxıb. Bütün bunlara baxmayaraq yenə də, Tofiq Zeynalov və Mahir Həsənov Tovuz bağçalarındakı körpələrin boğazlarından yeməklərini kəsərək öz övladlarının yaxşı yaşamasını təmin edirlər. İcra başçısının nəvələri hər il müxtəlif ölkələrin istirahət mərkəzlərinə gəzməyə gedirlər. Tofiq Zeynalov və qudası müavini Mahir Həsənov ildə bir dəfə xarici ölkələrdəki müalicə mərkəzlərinə gedirlər. Bu müalicə mərkəzlərinə gedib gəlmək müalicə və istirahət etmək ümumilikdə 50-100 min manata başa gəlir.

Görünən odur ki, Tofiq Zeynalov və qudası bağçalarda ac qalan uşaqları heç zərrə qədrədə düşünmürlər.Əgər düşünsəydilər ən azından vicdan hissi keçirib onları ac qoymazdılar. İcra başçısı ilə müavini ölkə prezidenti İlham Əliyevdə və onun ailəsindən heç bir örnək götürmək fikrində deyillər.Çünki dövlət başçısı Tofiq Zeynalovdan fərqli olaraq özünün ad gününü məcburi köçkünlərlə birlikdə keçirir, əsgərlərlə bir yerdə yemək yeyir, onların dərdini sərini soruşur.

Birinci xanım Mehriban Əliyeva ölkə başçısı kimi ad gününü kimsəsiz uşaqlarla birlikdə keçirir, bayramları isə həmişə qocalar evində onlara baş çəkməklə qayğıları ilə maraqlanmaqla məşğul olur. Ancaq Tovuz icra başçısı Tofiq Zeynalov özünün 70 illiyini atəşfəşanlıqla, müxtəlif heyvanlar kəsməklə, bahalı içkilər, qiymətsiz hədiyyələr almaqla keçirir. Nəyin hesabına? Baxçalarada ac qalan körpə uşaqların hesabınamı?..

Yaxın günlərdə Tovuz uşaq bağçalarında mənimsənilən yüz minlər barədə oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləyin