backend

Müəllim və şagird arasında baş verən hadisə gizlədilir

Müəllim və şagird arasında baş verən hadisə gizlədilir
























Dərslər açılar-açılmaz orta məktəblərdə problemlər baş qaldırmağa başlayıb.

Xüsusilə də müəllim və şagirdlər arasında münasibətlərdə gərginlik yaşanır. Əsasən də yuxarı sinif şagirdləriylə müəllimlər arasında anlaşılmazlıq daha çox olur. Təəssüf ki, müəllimlər şagirdlərə güzəştə getməyi bacarmırlar. Ötənlərdə Xətai rayonu ərazisində fəaliyyət göstərən 95 saylı orta məktəbdə müəllim və şagird arasında yaşanan insident bunu bir daha sübut etdi. Belə ki, 11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb. Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər. Lakin məktəbin direktoru Fuad Babayev mətbuata açıqlamasında bildirib ki, heç bir döyülmə faktı olmayıb: "Xəbəri bizimlə dəqiqləşdirmədən ağıllarına gələni yazıblar. Nə müəllim uşağı döyüb, nə də uşaq müəllimi. Belə bir şey yoxdur, indi də aləm dəyib bir-birinə. Televiziyalar gəlir-gedir. Hər birinə də ayrıca açıqlama vermişik ki, söhbət şişirdilib və deyilən kimi deyil". Lakin direktorun mediaya verdiyi məlumatlarda göstərilir ki, şagirdin atası həqiqətən rəhmətə gedib. Bu aralar çox sarsıntı keçirdiyini bildirib. Bu isə bizi düşünməyə vadar edir. Bizə verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən 95 saylı orta məktəb heç vaxt nümunəvi təhsil ocağı olmayıb. Əldə etdiyimiz məlumata görə, sözügedən təhsil ocağının adı həmişə pis hadisələrdə hallanıb. Belə ki, bu məktəbdə şagirdlər arasında heç vaxt nizam-intizam olmayıb. Hətta belə hadisələr polis bölməsinə qədər gedibçıxıb. Əvvəlki direktorun dövründə məktəbdə bir sıra qanunsuzluqlar, özbaşınalıq baş alıb gedib. Lakin yeni direktorun təyini də vəziyyəti düzəltməyib. Şagirdlər arasında özbaşınalıq daha da artıb. İmkanlı müəllimlərdən nəsə alaraq əvəzində onların əməllərinə göz yumulur. Direktor psixoloq müəlliminin tarixdən dərs deməsinə imkan yaradır. Məktəbdə əlavə ştatlar bilərəkdən saxlanılır. Bunun nəticəsidir ki, adıçəkilən məktəbdə şagird-müəllim nəzarəti çərçivədən çıxıb, məktəbdə müəllimin adı var, özü yox. Adıçəkilən məktəbdə bu təhsil ocağını idarə etmək üçün yüksək idarəetmə qabiliyyəti olan, peşəkar, savadlı, səmimi, fənnini yaxşı bilən, qocaman müəllimlər çoxdur. Direktor isə onların əməyini gözdən salır. Son bir neçə ildə direktor məktəbi gözdən salıb. Müəllimlərdən gizli yolla gəlir əldə etməsi artıq faktdır. Dərs saatlarının kəsilməsi hesabına xeyli qazanc əldə edir . Hətta vəziyyət o həddə çatıb ki, dərs saatlarını müəllimlərə açıq-aşkar nəyinsə müqabilində verir.