backend

Parlament seçkilərinin günü yaxınlaşdıqca özünü "aydan arı, sudan duru” kimi təqdim edən namizədlərin ifşası da çoxalır

Parlament seçkilərinin günü yaxınlaşdıqca özünü "aydan arı, sudan duru” kimi təqdim edən namizədlərin ifşası da çoxalır



















Belə namizədlərdən biri də 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan Rəfael Cəbrayılovdur.

Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb və Xalqxeber.Az olaraq ölkə mətbuatında Rəfail Cəbrayılov haqqında yazılan məlumatlara nəzər salmağa qərar verdik.

Seçicilər Rafael Cəbrayılovu qapıdan qovdular

Bir çoxları deputatlığa namizədi tanımayıb, əksəriyyət isə onu "işəyaramaz” kimi xarakterizə edib

Jam.az saytı 20.10.2015 tarixində yazır ki, 46 saylı Şirvan Şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş Rəfael Cəbrayılov seçicilərin qəzəbinə tuş gəlib. Dgər namizədlər kimi, o da təbliğat kampaniyası dövründə qapı-qapı gəzərək, əhali ilə görüşmək istəyib. Amma...
Amma odur ki, Cəbrayılov gözləmədiyi durumla üz-üzə qalıb.Verilən məlumata görə, deputatlığa namizəd qapı-qapı gəzərkən əksəriyyət onu tanımayıb. Bir çoxları isə qapıdan qovublar. Şirvan camaatı isə deyir ki, Rəfael Cəbrayılov "işəyaramaz” deputatdır və onun yenidən seçilməsinin şəhər əhlinə heç bir faydası olmayacaq. Onların sözlərinə görə, seçkilərdə də sözügedən şəxsə səs vermək niyyətləri yoxdur.
bu bir

Ermənilərlə qohum olan deputat və Rəfael Cəbrayılovun görünməyən tərəfləri

Deputat özünü təbliğat-təşviqat dövründə rüsvay edib.

Millixeber.com portalı 15.10.2015 tarixində iddia edir ki, Rəfael Cəbrayılovun 46 saylı Şirvan seçki dairəsindən təzədən namizəd olması seçicilərin ürəyincə olmayıb.
Şirvan seçiciləri onların taleyinə, problemlərinə laqeyd yanaşan, dərd-sərinə şərik çıxmayan, sosial məsələlərini dinləməyən, camaatla görüşməyən və ailəsində erməni olan deputata mandat vermək istəmir. Rəfail Cəbrayılovla bağlı başqa bir iddia da ortaya çıxıb. Əslində bu iddianın yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: "Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”
Mənbə onu da deyib ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.

Və ya "Ç” hərfini "yeyən” Rafael Cəbrayılov bu dəfə nə qədər xərcə düşəcək?

Jam.az saytı 15.10.2015 xəbər verir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş, lakin bu ilki seçkilərə 46 saylı Şirvan Şəhər Seçki Dairəsindən qatılan Rəfael Cəbrayılov elə ilk gündən özünü biabır etməyə başlayıb. İlk biabırçılıq deputatın seçki platforması ilə bağlıdır. Belə ki, cənab Cəbrayılov seçki plakatını hazırladıqda "ç” hərfini demək olar ki, unudub. Nəticədə "ç” hərflərinin yerinə "c” düşüb. Bu da gülməli sözlərin yaranmasına səbəb olub. Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədədir. Verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır.
Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: "Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir". Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də "prorab”lıqla deputatlığı səhv salıb. Elə Şirvanda bununla bağlı gülməli lətifələr də qoşmağa başlayıblar.

Deputat kimin tapşırığı ilə baş prokuroru "vurur”?
Azerinfo.org portalı 08.10.2015 tarixində yazırdı ki, 2006-cı ildə Milli Məclisə əlavə seçkilər zamanı Binəqədidən mandat əldə edən Rafael
Cəbrayılov 2010-cu ildə bu uğurlu dairəni əldən vermədi. Bu dəfə isə R.Cəbrayılov yenidən 46 saylı Şirvan Dairəsini seçdi. Hansı ki, 2005-ci ildə namizədliyini məhz bu dairədən (O zaman şəhərin adı Əli Bayramlı adlanırdı) irəli sürmüş və uduzmuşdu. 2005-ci ildə məğlubiyyətlə tanış olan Rafael Cəbrayılov maraqlı çıxışlar edirmiş. O, məğlubiyyətinin əsas səbəbkarı olaraq, özünü və ya seçicilərini deyil, baş prokuror Zakir Qaralovu görürmüş. Mənbənin sözlərinə görə, sabiq baş prokuror Eldar Həsənovun irəli çəkdiyi kadrlardan olan R.Cəbrayılov Z.Qaralov tərəfindən Baş Prokurorluqdakı vəzifəsindən uzaqlaşdırılıb.

Uzun müddət qovulmanın şokundan çıxa bilməyən Cəbrayılovun hər uğursuzluğunda baş prokuroru günahlandırıb. Eləcə də Şirvandan seçilə bilməməyin səbəbkarı olaraq da baş prokuroru görüb.

Hətta mandat aldığı zaman bunu rəqibləri deyil, məhz onu prokurorluq orqanlarındakı işinə son verənlər üzərində qələbə adlandırdığı da bildirilir.

R.Cəbrayılov bu dəfə yenidən Şirvandadır. Bu dəfə qarşısında ciddi rəqibin olmadığı iddia olunur. Ancaq Azərbaycandakı seçki praktikası göstərib ki, bəzən güclü namizədlər hansısa səbəbdən oyundankənar qaldıqda, tamamilə zəif və təsadüfi namizədlərə də üstünlük verilir. Lakin bu dairədən YAP-ın namizədi Paşa Nəbiyev və Müsavat başqanının müavini Elman Fəttah da namizəddir. YAP bəzi dairələrdə zəif namizədlə çıxış etsə də, R.Cəbrayılovun rəqibi seçki nəticələrinin faktiki olaraq, həllini tapdığı məktəblərin üzərində söz sahibidir-Şirvan rayon Təhsil İdarəsinin sədridir. Elman Fəttah isə seçiləcəyi təqdirdə iqtidara ciddi problem yaratmayacaq müxaliflərdəndir. Eyni zamanda beynəlxalq təşkilatlar Müsavat başqanının müavininin seçilmək istədiyi dairəyə daha çox diqqət ayıracaqlar. Qısacası, R.Cəbrayılov ikinci dəfə Şirvanda uduzsa, sürpriz olmayacaq. Fəqət bu dəfə də Zakir Qaralovu suçlayıb-suçlamayacağı sual altındadır. Baxmayaraq ki, Baş Prokurorluqda onun borc "alıb”-qaytarmadığına dair şikayətlər artmaqdadır. Həmin şikayətlər baş prokuror tərəfindən ölkə rəhbərliyinə məruzə oluncağı təqdirdə, R.Cəbrayılovun seçilmə şansı rəqibləri olan məşqçı müəllim Rəşad Bünyətovla Fəzail Ağamalının təmsilçisi Zülfiyyə Həzrətquliyevadan da az olur.

Müxalifət liderinə sevgisini gizlətməyən kredit "oliqarx”ı

Yeni Çağ.az saytı 22 Sentyabr 2015 tarixili nömrəsində yazır ki, 9 saylı Binəqədi 2-ci seçki dairəsinin deputatı Rəfael Cəbrayılov 2006-ci ildən başlayaraq iki dəfə Milli Məclisə seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Onun adı "Nikoil Bank”la məhkəmə prosesində hallanıb. Belə ki, Dəyərlər.org saytı 8 may 2013-cü il tarixli sayında "Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazıb. Burada göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və "Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.

İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf , Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.
Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib.
Mətbuat deputat və qardaşlarının tikinti biznesi ilə məşğul olduğunu yazır. R.Cəbrayılov isə bu barədə iddiaları qəbul etmir. O bu olayın qardaşları ilə bank arasında mülki mübahisə olduğunu bildirib.
Qeyd edək ki, ölkədə bir sıra məmur və deputatlar bizneslə məşğul olsa da adətən bu işi qohumlarının, yaxınlarının adına sənədləşdirir. Deputat R.Cəbrayılovda isə vəziyyət fərqlidir. O, mətbuata verdiyi açıqlamalarda bu borc işinin özünə aidiyyəti olmadığını, bizneslə məşğul olan qohumlarına aid olduğunu söyləyib. Amma Dəyərlər.org-un yazdığına görə əməkdaşları məhkəmə sənədləri ilə tanış olub və bu zaman orada deputatın adının birinci yazıldığının şahidi olub.Bankla bağlı məsələ son olaraq Ali Məhkəmədə araşdırılır.

R. Cəbrayılovun adı həmçinin müəyyən qədər pul müqabilində deputat seçilməsi ilə bağlı yayılan informasiyalarda da hallanıb. Bildirilir ki, keçmiş ABU rektoru Elşad Abdullayev daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Bu barədə moderator.az-ın yaydığı xəbərə görə, Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini deyib.

E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirib ki, onun gücü kifayət qədərdir:"Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”

Deyilənlərlə bağlı moderator.az-ın sorğusuna cavab verən R.Cəbrayılov E.Abdullayev mövzusunda danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb.
Hələ 2010-cu ildə pia.az saytı "Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu.

"Gündəlik Bakı” qəzeti 14 fevral 2014-cü il tarixli yazısında verdiyi məlumatda yenə də deputatla "Nikoil Bank” arasında məhkəmə çəkişməsinə toxunaraq qeyd edib ki, aşağı instansiya məhkəmələrinin hakimləri bu məsələdə deputatın qardaşlarının tərəfini saxladığından "Nikoil Bank» rəhbərliyi işin ən yüksək məhkəmə instansiyası səviyyəsinədək araşdırılmasına iddialı olub. Ali Məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Burada göstərilir ki, deputata aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın "Nikoil Bank”ı arasında məhkəmə çəkişməsi bir sıra mətləbləri üzə çıxardı. Bank Rəfael Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas götürərək hüquqi müstəvidə hərəkətə keçdi. "Nikoil Bank”ın deputat, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kassasiya şikayəti əsasında məhkəmə prosesinin keçirilməsi Rəfael Cəbrayılovun bizneslə məşğul olması məsələsinə dair sualları ortaya çıxardı.

Bu yazıda əldə edilən məlumatlara əsasən qeyd olunur ki, Rəfael Cəbrayılovun biznes imperiyası tamamilə çökdürülüb. Ona məxsus obyektlər, hətta bir bağ evi deputatın əlindən çıxıb. Hazırda deputata yaxınları köməklik göstərirlər. Belə ki, hazırda millət vəkilinin 2 qardaşı bizneslə məşğul olur. Məlumatda göstərilir ki, Cəbrayılov qardaşlarının 3-ü də ötən əsrin 90-cı illərinin ortalarından bizneslə məşğul olmağa başlayıb. Hətta onlardan birinin var-dövlətinin 6 milyon manat olduğu bildirilir. O da vurğulanır ki, əslində əslində biznes deputatın özünün imiş və kömək etmək üçün ora qardaşlarını cəlb edib. Eyni zamanda həmin biznesə bir nəfərlə şərikli qoşulub. Özü də bu biznesə qoşulmaq üçün həmin şəxs vaxtilə Bilgəhdəki 2.5 milyon dollar dəyərində olan bağ evini girov qoyaraq ondan 1.5 milyon dollar pul götürüb.

«Gündəlik Bakı»nın yaydığı xəbərlərdə bildirilir ki, Rəfael Cəbrayılovun gizli biznesi haqqında bütün məlumatları kütləvi informasiya vasitələrinə Milli Məclisin deputatlarından biri ötürüb. Qeyd edək ki, bitərəf deputatla komitə sədrlərindən birinin münasibətləri heç də ürəkaçan deyil. Rəfael Cəbrayılovun rəqibinə «Mənə elə gəlir, bütün bunları edən adam kimdirsə, o, parlamentdə olan adamdır. Bir nəfər üzdən iraqvar, bütün bunlar onun sifarişidir» – deməsindən sonra komitə sədri millət vəkili haqda gizli məlumatları mətbuata ötürməkdən imtina edib. Amma özəl qaynaqlarımız vasitəsilə əldə etdiyimiz digər xəbərlərdə millət vəkilinin biznes imperiyasının çökdürüldüyü deyilir. Xüsusən tikinti biznesində deputat külli miqdarda xərcə düşüb.

Qeyd edək ki, deputat həm də Milli Şura sədri Cəmil Həsənliyə olan simpatiyası ilə tanınır. O, Cəmil Həsənli müxalifətin vahid namizədi olduğunda bunu açıqlamışdı.

9 saylı Binəqədi 2-ci seçki dairəsindən AMİP namizədi Əli Orucov Yenicag.az-a açıqlamasında R. Cəbrayılovu parlamentdə ancaq mürtəce qanunların müəllifi kimi tanıdığını bildirdi: "Rəfael Cəbrayılov deputat olduğu dövrdə bir sıra qanunların qəbul edilməsində təşəbbüsçü kimi çıxış edib. Amma məsələ ondadır ki, onun təklif etdiyi qanunlar ancaq mürtəce xarakteri kəsb edib. Elə götürək, 2Sərbəst toplaşma haqqında” qanuna edilən dəyişiklik və icazəsiz aksiyalara görə yüksək cərimələrin tətbiqi, Bu qanunun da müəllifi məhz R. Cəbrayılovdur. O, həmçinin seçiciləri ilə təmaslardan ümumən qaçır. Ona görədir ki, seçiciləri onu ancaq seçki marafonu dövründə görürlər. Digər vaxtlarda isə onu tapmaq qeyri-mümkündür. Bir sözlə, onun deputatlıq fəaliyyəti seçildiyi dairənin seçiciləri tərəfindən ümumən dəstəklənmir”