backend

Pənah Rzayevin adamları sənədin notariusda ləğv edilməsi üçün bizdən 10000 AZN tələb edirlər

Pənah Rzayevin adamları sənədin notariusda ləğv edilməsi üçün bizdən 10000 AZN tələb edirlər












Tovuz Rayon sakini Eldəniz İbrahimov rayonun notarius müdiri Pənah Rzayevin onun mülkiyyətinə dair sənədləri saxtalaşdırması ilə bağlı müraciət edib.

E. İbrahimov qeyd edir ki, P.Rzayev 15 aprel 2009- cu ildə İlham Dəmirov adlı şəxslə birlikdə ona məxsus olan 0.06 ha torpaqla bağlı saxta təhkim aktı tərtib edib: “Bununla da heç bir yerdə qeydiyyatda olmayan, digər səlahiyyətli orqanın təsdiq etmədiyi və özləri notariusda iştirak etməyən 5 nəfərin imzasının fotosürətinin düzgünlüyünü 152-1441 nömrəli qeydiyyatla təsdiqləyərək qanunvericiliyin tələblərini pozub. Bu saxta təhkim aktı bizim evin JN-394 nömrəli torpaq şəhadətnaməsini və ev çıxarışını təkzib edir. Guya evimin yerləşdiyi torpaq 1993-cü ildə Zeynalov adlı başqa şəxsə təhkim edilibmiş. Buna görə də, Pənah Rzayevin adamları sənədin notariusda ləğv edilməsi üçün bizdən 10000 AZN tələb edirlər”.

Şikayətçi əlavə edib ki, bu cür saxta sənədlərlə Pənah Rzayev çoxlarını aldadıb. Nəticədə onlardan çoxlu pul alıb: “Ədliyyə Nazirliyindən onun imzası ilə baş tutan qanunsuz əməllərin araşdırılmasını və nəticədə bu işdə iştirak edən şəxslərin cəzalandırılmasını tələb edirik”.

Pənah Rzayevin adamları sənədin notariusda ləğv edilməsi üçün bizdən 10000 AZN tələb edirlər
Pənah Rzayevin adamları sənədin notariusda ləğv edilməsi üçün bizdən 10000 AZN tələb edirlər