backend

Günay İbrahimli repertuarında özünü tapdığı mahnılarından söz açıb

Günay İbrahimli repertuarında özünü tapdığı mahnılarından söz açıb



























Müğənni bildirib ki, onları dəyişib oxusa, tamaşaçıya haqsızlıq etmiş olar.

Bu barədə o, "Solo" verlişində danışıb:

"Əgər mahnıların tərzindən çıxarıb başqa cür oxusam, tamaşaçı mənə başqa gözlə baxar. İstəyirdim payızın əvvəllərində konsert verim. Amma alınmadı. Tələsik konsert edə bilərdim. Özümdə konsert üçün güc hiss edirəm. Amma istəyirəm beynimdə olan ideyalarımı həyata keçirim. Konsertimi möhtəşəm şəkildə etmək istəyirəm. Bunun üçün də mənə həm mənəvi ,həm maddi dəstək lazımdır. Hazırda komanda yığmaqla məşğulam. Düzdü, mən mahnılarımı özüm seçirəm. Amma elə işlər var ki, onu müğənni etməli deyil. Konsertimi ona görə təxirə saldım ki, daha da gözəl osun. Gələn il planımızda var. Artıq ansambılım var. Toylarda bütöv məclısı idarə edirəm. Mən mahnını piyara çıxardanda, heç vaxt fikirləşmirəm ki, bu mahnı tutacaq ya yox".

Müğənni duet oxumaq fikrində olmadığını bildirdi:

"Hələki heç kiminlə duet oxumaq fikrim yoxdur. Çünki duetlərin tutmağı bir az çətindir. Yəqin ki, zamanı gələndə duet olacaq. Məni tanıyanlar bilir ki, simic deyiləm. Hədiyyədə götürmürəm. Mən əgər bir mahnını oxuyub, ondan pul qazanıramsa, niyə bəstəkar da qazanmasın? Hər kəsin haqqı ödənilməlidir".

Sonda Günay şəxsi həyatından söz açıb. Qəlbinin boş olmadığını bildirib:

Sevirəm və qəlbim boş deyil. Amma şəxsı həyatımdan danışmaq istəmirəm. Sevmək lazımdır ki, yaradasan. Toy hələki olmayacaq".