backend

15 yaşında ərə verilən qızın faciəli həyat hekayəti - +18

15 yaşında ərə verilən qızın faciəli həyat hekayəti - +18




















Erkən nikah problemi: Bu, qadınlarda fizioloji, bioloji və psixoloji yöndən ciddi fəsadlar törədir

Onu ərə verəndə 15 yaşı təzəcə tamam olmuşdu. Fikrində yalnız məktəbi qurtarmaq, tanıdığı qızlardan fərqli olaraq ali təhsil almaq, həyatda özünü təsdiq etmək idi. O, məhz bu arzularla yaşayır, böyüyürdü. Amma bir gün bütün bu arzuları məhv oldu. Bundan sonra o nə məktəbi bitirəcək, nə ali təhsil alacaq, nə də istədiyi mövqe tuta biləcəkdi. O, fərqlənmək istədiyi həmin qızlardan biri olacaqdı. Sıradan bir evdar qadın.
Kəmalə (bütün adlar şərtidir – X. M) Masallı rayonunun X. kəndində (kəndin adı gizli saxlanılır) anadan olub, elə oradaca yaşayırdı. Tezliklə məktəbi qurtarıb Bakıya gəlmək və burada institutların birində təhsilini davam etdirmək fikrində idi. Amma yuxarıda qeyd etdiyimiz kimi, onun bu arzusu gözündə qaldı.
Bir gün evə qayıdanda onu qonşuluqda yaşayan özündən 10 yaş böyük Samirlə nişanladıqları xəbərini eşitdi. Onun razılığını almadan, fikrini belə soruşmadan. Artıq edəcək heç nə qalmamışdı. Babalar işi düzüb qoşmuşdular. Sevginin, ailənin nə olduğunu bilməyən Kəmalənin “əmrə” tabe olmaqdan, bu qərara boyun əyməkdən başqa əlacı yox idi. Doğru-düzgün tanımadığı, heç üzünə də baxmadığı Samirə ərə getməli idi. Adət-ənənədən kənara çıxmamalı idi.
Beləcə, 15 yaşı tamam olan kimi onların toyu olur. Ancaq toydan sonra heç də hər şey valideynlərinin gözlədiyi kimi olmur. Kəmalə mütəmadi olaraq əri tərəfindən döyülür, zorakılığa məruz qalır. Bunu görən Kəmalənin atası ailədə münaqişənin qarşısını almaq və yardım etmək məqsədilə onlar üçün ev də tikməli olur. Lakin bu da baş verəcəklərin qarşısını ala bilmir.
Kəmalə 6 il ərzində ərinin bütün zülmlərinə dözərək valideynlərinə heç bir şikayət etmir. Bir çox Azərbaycan qadını kimi susaraq dözür. Yəqin elə sükutlar, cəzasızlıq Samiri daha da azğınlaşdırır. Və 2009-cu ildə ailə münaqişəsi kəskinləşərək özünün pik nöqtəsinə çatır.
Avqustun 18-də Kəmalə valideynlərinə zəng edərək, bir neçə gündür, onlarda qalan övladlarını görmək istədiyini deyir. Ana qızının səsindən sanki nəsə sezir. Evə çatanda qapının arxasından ağlamaq səsi eşidir. Zorla qapını açdırıb içəri girərkən qızının boynunda və əlində bıçaq yarası olduğunu görür. Sən demə, Kəmalə ərinin inəyi satmaq istəyinə etiraz etdiyi üçün onun qəzəbinə səbəb olub. Hətta o dərəcədə hirslənib ki, əri onun başını kəsmək istəyib. O isə yalvararaq, ona rəhm etməyi, heç olmasa sonuncu dəfə uşaqlarını görməyə icazə verməyi xahiş edib. Kəmalənin anasına zəng vurub uşaqları görmək istəməsinin səbəbi elə burdan qaynaqlanırmış.
Bundan bir gün sonra avqustun 19-da axşam radələrində isə ağlasığmaz hadisə baş verir. Samir bəlkə də indiyədək görülməyən, insanlığa sığmayan bir vəhşilik törədir. 8 aylıq hamilə olan arvadından onunla cinsi əlaqədə olmağı tələb edir. Kəmalə həkimin ona hazırda cinsi əlaqəyə girməyi qadağan etdiyini deyəndə yenə mübahisə başlayır. Səhər saat 6 radələrində Samir həyat yoldaşını yuxudan oyadaraq onu xəyanətdə suçlayır, hətta uşağın da ondan yox, kənd məscidinin mollasından olduğunu deyir. Heç nə anlamayan bədbəxt qadın ərinə yalvarmağa başlayır. Lakin gözü dönmüş kişi arvadının göz yaşlarına, yalvarışlarına məhəl qoymadan onu vəhşicəsinə döyməkdə davam edir. Daha sonra isə arvadının hər iki əlini çarpayının dirsəklərinə bağlayır. O, əlini qadının cinsi orqanına salıb, hələ dünyaya gəlməyən günahsız körpəni ana bətnindən çıxarmağa cəhd göstərir. Ən acınacaqlısı da odur ki, bu hadisə onların 6 və 5 yaşlı övladlarının gözü qarşısında baş verir. Uşaqların, ananın qışqırıq, ağlamaq səslərini eşidən qonşular qapını sındıraraq otağa daxil olur və Kəmaləni çarpayıda əlləri bağlı qan içində görürlər. Onu təcili olaraq xəstəxanaya çatdırırlar. Lakin artıq gec idi. Həkimlərin müdaxiləsi zamanı məlum olur ki, uşaq sağ olsa da, ananın məruz qaldığı işgəncələr zamanı şikəst edilib, qolu sındırılıb, başı əzilib, gözü çıxıb. Belə zədələrlə anadan olmuş uşaq 2 saat ağlayıb çığırdıqdan sonra ölür.
Belə dəhşətli bir hadisədən sonra Kəmalənin özü və valideynləri polisə şikayət etmədiyi üçün Samir kənddə hələ də azad gəzib-dolaşırmış. Yalnız hadisədən 22 gün sonra əlində balta qayınatasının evinə gələrək, “arvadımı və uşaqlarımı verin” - deyə tələb etdikdə hüquq mühafizə orqanlarına şikayət edilib.