backend

Bazar rəhbəri dükan sahiblərinin səsini eşitmir

Bazar rəhbəri dükan sahiblərinin səsini eşitmir





















"Maşın bazarı" deyəndə ilk ağıla Babək prospektində yerləşən maşın bazarı gəlir.

Bu maşın bazarının sahibi Rasim Salmanov adlı iş adamıdır. Bizdə olan məlumata görə, Rasim Salmanov "Bizim market"lər şəbəkəsinə sahib olan qardaşlardan biridir. Deyilənə görə, bu şəxs maşın bazarında satıcılara gün verir, işıq vermir. Satıcılar burada tez-tez haqsızlıqlarla üzləşməli olurlar. Etibarlı mənbələrin verdiyi məlumata görə, bazar sahibi dövlətə vergi verməkdən yayınır. Lakin müvafiq qurumlar yoxlamalar apararsa, vergidən yayınma faktlarıyla rastlaşacaqları şübhəsizdir. Dövlətə vergi ödəməkdən boyun qaçıranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar. Nəzərə alsaq ki, Rasim Salmanov hər ay satıcılardan külli miqdarda kirayə haqqı alır, lakin dövlətə ödədiyi az miqdarda vergi heç nədir. Bu şəxs yalnız və yalnız öz maraqlarına xidmət edir. Özbaşına əməllərə yol verir. Dükan sahiblərinin haqlarını pozur. Müxtəlif bəhanələr adı altında tez -tez kirayə haqlarını qaldırır. Sahibkarlar isə narazılıqlarını bildirsələr də, heç bir faydası olmur. Onu da diqqətinizə çatdırmaq istəyirik ki, bazarda işləyən satıcıların bir çoxu redaksiyamıza müraciət edərək, yer haqlarının heç bir səbəb olmadan artırılmasından və bazar rəhbərliyinin onlara yuxarıdan aşağı baxmasından söhbət açmışdılar. Əldə etdiyimiz məlumatlara görə, bazar rəhbərliyi bütün icarədarlara seçkilərdən sonra aylıq yer pullarının qaldırılacağı barədə xəbərdarlıq edib. İş adamı Rasim Salmanov vergi qanunvericiliyini, həm də digər qanunları kobud şəkildə pozaraq dövlətə ciddi ziyan vurur. Etibarlı mənbələrin verdiyi məlumata görə, bazarda işləyənlərin heç biri ilə müqavilə bağlanmır. Orada çalışanların əmək hüququ tapdalanır. Lakin vergiyə gəldikdə isə dükan sahiblərindən yüksək məbləğdə vəsait tələb edir. Bütün bunların isə Rasim adlı iş adamının mənafeyinə xidmət etdiyi gün kimi aydındır. Çünki bu şəxs təkcə bazarla kifayətlənməyib. Bundan başqa da bir sıra obyekt işlədir. Bazarda çalışanlar artıq bu şəxsin əlindən cana yığılıblar: "Hər şeyə görə bizdən nəysə yığırlar. Bizi nəzərə alan yoxdur. Nə qazanırıq ki, bizdən hər addımda nəysə istəyirlər. Bilmirik kirayə haqqını ödəyək, ailəmizi dolandıraq, yoxsa əlavə şeylərə nəysə ödəyək. Hər an bir bəhanəylə bizdən nəysə tələb edəcəklərini gözləyirik. Belə olmaz axı. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bizə çox ziyan dəydi. Alver zəif oldu. Aylarla bir dənə avtomobil sata bilmədik. Bazarda alıcılıq qabiliyyəti aşağı düşdü. Bu vəziyyətdə də bizdən əl çəkmirlər. Artıq cana doymuşuq. Xahiş edirik ki, səsimizi yuxarı qurumlara çatdırın. Bəlkə dövlət səviyyəsində bazar rəhbərliyinin qanunsuz fəaliyyətinə müdaxilə edilsə, biz də ağ günə çıxarıq". Ümid edirik ki, yaxın zamanlarda maşın bazarında baş verənlərə reaksiya verən tapılacaq. Qarşı tərəfə də cavab haqqı tanıyırıq