backend

Azər Babayev bələdiyyənin yolunu tanımır

Azər Babayev bələdiyyənin yolunu tanımır

















Bələdiyyələrin bugünkü fəaliyyəti çoxunu qane etmir.

Demək olar ki, bələdiyyələrin varlığıyla yoxluğu bilinmir. Artıq vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətsiz bir quruma çevrilməsindən narahatlıqlarını bildirirlər. Xüsusilə də regionlarda yerli özünüidarəetmə orqanları üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Redaksiyamıza Siyəzən şəhər bələdiyyə sədri Azər Babayevin fəaliyyətindəki nöqsanlar barədə tez-tez informasiyalar daxil olur. Verilən məlumatlarda göstərilir ki, bələdiyyə sədrinin özbaşınalığı Siyəzən camaatını cana yığıb. Bələdiyyə sədri vətəndaşların problemləri qalıb qıraqda, öz problemlərini həll etməklə məşğuldur. Azər Babayev bələdiyyənin maliyyə mənbələrindən düzgün və səmərəli şəkildə istifadə edə bilmir. Vətəndaşlar bildirirlər ki, onlardan torpaq və əmlak vergisi toplanır. Lakin vətəndaşların problemlərinə gəlincə bələdiyyə sədri problemləri görməzlikdən gəlir. Siyəzənin inkişafı istiqamətində bir dənə də olsun müsbət addım atmayan Azər Babayevin öz maraqları üçün çalışdığı deyilir. Qurumun büdcəsinə yığılanları təyinatı üzrə sərf etmir. Rayonun mərkəzi yolundan başqa digər yollar keçilməz durumdadır. Məhəllələrarası yollarda piyada hərəkət etmək mümkün deyil. Siyəzəndə parklar bərbad haldadır. Baxmayaraq ki, parkların, yolların abadlaşdırılması üçün bələdiyyənin büdcəsində kifayət qədər vəsait var. Azər Babayev büdcəni lazımi yerlərə sərf etmir. Dövlətin büdcəsini öz şəxsi büdcəsi kimi idarə edir. Artıq sakinlər bu şəxsin sədrlikdən getməsini arzu edirlər. Çünki Azər Babayev vəzifədə olandan bu günə qədər Siyəzəndə bir dəfə də olsun abadlıq işləri həyata keçirməyib. Ona görə də Siyəzən şəhəri baxımsızlıqdan əziyyət çəkir. Bundan başqa, bələdiyyə sədri problemli vətəndaşları qəbul etmir. Halbuki yerli özünüidarəetmə orqanının sədri əhali ilə ünsiyyət saxlamalı, onların problemləriylə maraqlanmalı və mümkün qədər həll etməyə çalışmalıdır. Azər Babayev isə bu kimi həssas məqamlardan uzaqdır. Mənbə bildirir ki, bu şəxsi yerində tapmaq mümkün deyil. Ancaq öz işlərinin dalınca gedir. Bələdiyyədə baş verənlərdən xəbəri olmur. Bələdiyyə işçiləri isə sədrlərindən geri qalmırlar. Günlərlə işdə tapılmırlar. Ona görə də sədrin məsuliyyətsizliyi işçilərinin də özbaşınalığına gətirib çıxarıb. Bələdiyyəyə göndərilən müraciətlərə baxan olmur. Ona görə də vətəndaşlar artıq bələdiyyədən əllərini üzüblər. demək olar ki, bələdiyyə sədri vətəndaşlar qarşısında etibarını itirib. Artıq sakinlər Azər Babayevin hansısa müsbət bir işə imza atacaqlarına inanmırlar. Verilən məlumatda o da bildirilir ki, 2008-ci ildən bələdiyyələrin torpaq satışına qadağa qoyulsa da, Azər Babayev buna məhəl qoymur. Siyəzən Şəhər İcra Hakimiyyəti isə bu məsələdən xəbərdar olduğu halda, bələdiyyə sədrinin fəaliyyətsizliyinə lazımi şəkildə reaksiya vermir. Bu səbəbdən də bələdiyyə sədri heç kəsdən qorxmadan öz səmərəsiz fəaliyyətini həyata keçirməkdə davam edir. Qeyd edək ki, sakinlər bildirirlər ki, qeyd olunan bütün faktlar diqqətlə araşdırılarsa, o zaman bələdiyyə sədri layiqli cəzasını ala bilər.