backend

Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir

Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
















Rayonda 9 ayın yekunları geniş müzakirə obyekti olmuşdur

Rayonunun 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

Rayon İcra Hakimiyyətində 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə millət vəkili Rüfət Quliyev iştirak etmişdir.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında ölkə başçısının respublikamızın iqtisadiyyatının uğurla inkişaf etdiyini və dünyada iqtisadi, hərbi, siyasi böhran yaşandığı şəraitdə iqtisadi inkişafa nail olunduğunun böyük nailiyyət olduğunu bildirdiyini qeyd edərək, 9 milyardı daxili, 7 milyardı xarici sərmayə olmaqla ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulduğunu, ölkə iqtisadiyyatının 3,7 faiz artdığını, qeyri-neft iqtisadiyyatının 6 faizdən çox yüksəldiyini və qeyri-neft sektorunun ümumi daxili məhsulun 70 faizini təşkil etdiyini, həmçinin sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənayesinin 10 faizdən çox artdığını, kənd təsərrüfatında isə 6,7 faiz artım olduğunu diqqətə çatdırdı.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2015-ci ilin doqquz ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış üçün sözü Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovaya verdi.
G.İsrafilovanın hesabat-məruzəsindən sonra Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov, “Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov, Nizami Rayon Qaz İstismar Sahəsinin rəisi Sahib Bağırov, Nizami Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov, “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Rauf Rzayev və “Bakı şəhər işığı” Elektrik şəbəkə müəssisəsinin Nizami Rayon Texniki İstismar Sahəsinin rəisi Nazim Əkbərov rəhbərlik etdikləri sahələr üzrə 9 ay ərzində görülmüş və qarşıda duran işlər haqqında çıxış etdilər.
Çıxışlardan sonra cənab A.Qasımov rayonun abadlaşdırılması və qarşıda duran problemlərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verdi.
Həmçinin A.Qasımov respublikada sahibkarlığın inkişafı məqsədilə son illər dövlət proqramları qəbul edildiyini, sahibkarlıq fəaliyyətinə mane olan yoxlamaların aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzaladığını qeyd etdi.
Son günlər baş verən bəzi neqativ halların sahibkarlıq fəaliyyəti ilə məşğul olanların haqlı narazılığına səbəb olduğunu, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan verilmədiyini söyləyərək, bu sahənin inkişafına mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görüləcəyini vurğuladı.
Sonda A.Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 02 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş 238 nömrəli məktəbin müəllimi Bayramova İradə İsmayıl qızı və “Zəngi” liseyinin müəllimi Babayeva Xanımqız Şüriyyə qızını təbrik edərək hədiyyələr təqdim etdi.


Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir
Nizami rayonu: Sosial-iqtisadi inkişaf yeni mərhələdədir