backend

Türkiyə Azərbaycan ərazilərinin azadlığı üçün hər şeyi edəcək

Türkiyə Azərbaycan ərazilərinin azadlığı üçün hər şeyi edəcək















"Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək".

Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar APA-ya bildirib.

Qərargah rəisi deyib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. "Torpaqlarımızın 20 faizi hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı?" sualını H. Akar belə cavablandırıb: "Hər şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik".