backend

"Get lap nazirə şikayət elə"!

"Get lap nazirə şikayət elə"!
Məhkəmə İcraçılarının cəmiyyətdəki rolu barədə artıq bir neçə dəfə söhbət açmışıq.

Müstəqil məhkəmə sisteminin son instansiyası kimi tanınan Məhkəmə İcraçıları Şöbəsi, məhkəməyə müraciət etmiş vətəndaş kriteriyasının məhkəmə qətnaməsinə əməl etməmək kimi neqativ fəaliyyət tərkibli qurum olaraq cəmiyyətdə kəskin rezonansla qarşılaşır. Məhkəmədən icra olunmaq üçün daxil olmuş icra sənədlərinin vaxtında, tam və dəqiq şəkildə yerinə yetirilməsini təmin edən məhkəmə icra məmurları, müvafiq qaydalara uyğun olaraq deyil, nəzərdə tutulmuş qanun göstəricilərinin tam əksinə hərəkət edir. Sübut olaraq Şirvan Məhkəmə icraçıları şöbəsini göstərmək yetərli hesab olunar. Şirvan Məhkəmə icraçıları şöbəsi üzərinə düşən qanuni normativləri yerinə yetirməkdən sanki boyun qaçırır. Başda adıçəkilən şöbənin rəisi Yasin Ədilov olmaqla, şəhər sakinlərinin əsəb gərginliyinə zəmin yaradaraq onların dövlətin Ədliyyə - Məhkəmə oqranlarına inamını sarsıdırlar. Vətəndaşların aliment iddiaları əsasında Məhkəmənin çıxardığı hökm və qətnamələr, habelə qətnamədə aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarın uyğunluğunun fərqinə varmayan Yasın Ədilov, kimin kimə və nə qədər aliment ödəyəcəyini özü "müəyyən edir". Bu işdə ona "stimul" verən amil, iddiaçı və cavabdeh tərəflərin "səxavət" anlamıdır! Dövlət siyasətini və idarəetmənin qanun mexanizmini həyata keçirən Ədliyyə Nazirliyi qanunlarına uyğun olaraq məhkəmələrin son yekun instansiyası olan Məhkəmə İcraçıları Şöbəsi, məhkəmə qətnamələrinin müvafiq normativ hüquqi aktların yerinə yetirilməsini təmin edir. Lakin Şirvan şəhər Məhkəməsindən İcra Şöbəsinə təqdim olunan İcraat - fəaliyyət tələbnamələri Yasın Ədilovun sayəsində normativ hüquqi aktların uçotunu kortəbii şəkildə, şəxsi maraq müstəvisindən həyata keçirir, bu yönümdə əhalinin hüquqi maarifləndirilməsinin qarşısını alaraq ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və o cümlədən vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrasına əməl etmir. Bütün bunlar azmış kimi, Yasin Ədilov iradını bildirməyə "cürət etmiş" şəhər sakinlərinə isə, hətta: "Get lap yuxarılara şikayət elə" deyərək dövlətçilik maraqlarına itaətsizlik sərgiləyir. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan "Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur" müddəasının nəzərdə tutulduğu qaydalara əməl etməyərək dövlətçilik maraqlarına kobud şəkildə əngəllər yaradır. Görünür ki, Yasın Ədilovun kimdənsə "inciklik" predmeti mövcuddur, əks halda dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, habelə vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi kimi nəzərdə tutulan qanunvericilik aktına əməl edərdi. Cəmiyyət maraqları hüquq müstəvisindən maraq müstəvisinə çevrilən Şirvan Məhkəmə-İcra sistemi, Məhkəmə qərarlarının icra olunmasına və o cümlədən bu xidmətinin daha səmərəli olması istiqamətində əlavə addımlar atmalı və bu sahədə baş verən potensial qanun pozuntuları barədə müvafiq ölçülər götürməlidir. Əks halda cəmiyyətimizi vətəndaş- məmur münasibətlərinin daha da kəskinləşərək sosial böhran həddinə yetəcəyi kimi real təhlükələr gözləyir.