backend

"Azərinşaatsevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir

"Azərinşaatsevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir
Onlara noyabrın 3-də maaşlarının veriləcəyi vəd olunmuşdu.
Maaşlarını ala bilməyən fəhlələr noyabrın 4-də yenidən "Azərinşaatservis”in qarşısına toplaşıblar. Onlar 5 aydır ödənməyən maaşlarını tələb edirlər.

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Fəhlələr bildirirlər ki, şirkət ümumilikdə 1100 nəfərin 3,5 milyon manat maaşını ödəmir.

Ötən aksiyalarında fəhlələr Prezident Administrasiyasının qarşısına yürüş etmək istəyirdi. Polis onları yarı yoldan geri qaytarıb.

"Azərinşaatservis”in maliyyə şöbəsinin müdiri Zaur İsmayılov "Azəryolservis”də görüş keçirildiyini və işçilərin əmək haqlarının tez bir zamanda verilməsinə çalışıldığını deyir: "Söz verilmişdi ki, 2-ci və ya 3-cü günə kimi maaşlar veriləcək. Onu da deyim ki, bu məsələ tək qurumdan qaynaqlanan məsələ deyil. Amma çalışırlar əməkhaqqı verilsin”.

Bakı-Şamaxı və Masallı-Astara avtomobil yollarının tikintisində işləyən fəhlələr deyirlər ki, 5 aydır maaşlarını ala bilmirlər.

Bakı-Şamaxı-Muğanlı yoluna Dünya Bankı 37 milyon 500 min manatayırıb. Masallı-Astara avtomobil yolunun 22-ci kilometrliyinə qədər çəkilməsinə Asiya İnkişaf bankı 108 milyon manatayırıb.

Hər iki layihənin sifarişçisi "Azəryolservis”dir. Qalib gələn şirkət "Azərinşaatservis”dir. Maaşını ala bilməyənlər sifarişçi təşkilatın qapısını döyür. "Azəryolservis”dən isə deyirlər ki, onlar vəsaiti icraçı şirkətin balansına keçiriblər. Əmək haqlarının ödənilməməsində onlarlıq bir məsələ yoxdur.

"Azərinşaatsevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir
"Azərinşaatsevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir