backend

Meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq

Meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq
Ayrı-ayrı regionlar üzrə bizim fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satış qiyməti ilə istehlakçıların əldə etdiyi qiymətlər arasında çox ciddi kənarlaşmaların şahidi oluruq

Bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

S.Talıbov vurğulayıb ki, nazirliklə FAO-nun həyata keçirdiyi "Təkmilləşdirilmiş dəyər zəncirinin əlaqələndirilməsi üzrə bacarıqların artırılması və institusional inkişaf" layihəsi xırda və orta sahibkarların bazara çıxışı imkanlarını artıracaq.

"Layihə çərçivəsində Bakıda 5 topdan satış, 5 pərakəndə satış üzrə, eyni zamanda Sumqayıt bazarlarında gündəlik meyvə-tərəvəz məhsullarının ayrı-ayrı çeşidləri və nomenklaturası üzrə gündəlik satış qiymətləri barədə məlumatlar əldə ediləcək. Onu qeyd etmək istəyirəm ki, satış qiyməti alış prosesinə, eyni zamanda istehlakçıların əldə etdikləri qiymətlərə birbaşa təsir etmək imkanı yaradır. Fermerlərin bilavasitə satdığı qiymətlə bazarda mövcud qiymətlər arasında bir neçə dəfə qiymət fərqinin olmasını söyləyirlər. Bu, doğurdan da, bizim üçün ciddi bir problemdir. Gündəlik izləmə prosesi ayrı-ayrı yerlərdə qiymət haqqında topdan satış iştirakçılarına məlumat verməklə iştirakçıların bilavasitə həmin regionlara çıxışlarını artıracaq ki, bu da iştirakçıların sayının artırılması hesabına o qiymətlərə təsir edəcəkdir", - deyə nazir müavini qeyd edib.

S.Talıbov bildirib ki, bütün Avropa ölkələrində bu üsulla qiymətlərin tənzimlənməsi həyata keçirilir.

Nazir müavini vurğulayıb ki, qiymətlər barədə məlumatları Kənd Təsərrüfatı Nazirliyindən əldə etmək mümkündür.

"Gələcəkdə Azərbaycanın bütün ərazisini əhatə etməklə, təxminən 20 regional iri bazarlardan da məlumatların sistemə daxil ediləcək. Biz yalnız meyvə-tərəvəz məhsulları deyil, eyni zamanda heyvandarlıq məhsulları üzrə də bazarda gündəlik mövcud olan məlumatların izlənilməsi prosesini təmin etmək niyyətindəyik", - deyə nazir müavini qeyd edib.