backend

Qubanın Amsarqışlaq kəndində silahlı basqın hadisə

Qubanın Amsarqışlaq kəndində silahlı basqın hadisə
Bölgə müxbiri Xanlar Cəbrayılzadə xəbər verir ki, Qubanın Amsarqışlaq kəndində silahlı basqın hadisəsi baş verib.
Hadisə yerli sakin Cavanşir Şahpəndirov tərəfindən törədilib.
Belə ki, kənd sakinləri Asif Əhmədov, Cavanşir Şahpəndirov və Zeynal adlı şəxs kənd qəbiristanlığı yaxınlığında yeyib-içiblər. Ardınca onların arasında mübahisə baş verib. Daha sonra Asif Əhmədov yaralı vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib. C. Şahpəndirov isə xəncəllə zərərçəkənin evinə hücum edib. O qapıda Asifin atası Nüsrət Əhmədovla qarşılaşıb və xəncəri onun boğazına dirəyərək oğlunu tələb edib. Bu zaman Nüsrətin həyat yoldaşı hadisənin üstünə gelib çıxıb. Onun yalvar-yaxarından sonra Cavanşir fikrindən daşınıb, lakin iti silahı geri çəkərkən kişinin orta barmağını kəsib. O evdəkilərin yalvarişindan sonra oradan uzaqlaşıb.
Hazırda Cavanşir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Əhmədov Asif çənəsi sındığından Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib, atası Nüsrət ise ilkin tibbi yardimdan sonra eve buraxilib.