backend

“Şərurlu İsfəndiyar” Eldar Mahmudovun “yolunu” gedir?

“Şərurlu İsfəndiyar” Eldar Mahmudovun “yolunu” gedir?
Bu günlərdə Azərbaycanın tanınmış iş adamı İsfəndiyar Axundov haqqında maraqlı məlumat daxil olub.
Konkret faktlarla dolu məlumata ərizə-məktub da əlavə edilmişdir.

Müraciətdən görünür ki, iş adamı İsfəndiyar Axundov və qardaşı İmran Axundovsahibkarlıq fəaliyyəti ilə məşğul olan Niyaməddin Əsgərova qarşı bir müddətdir ki, zorakılıq tətbiq edirlər. İş o yerə çatıb ki, günorta saatlarında və heç nədən çəkinmədən iş adamının “qoçuları” sahibkarın şəxsi mülkünü demək olar ki, tamamilə yararsız hala salıblar.

Keçmiş MTN şefi Eldar Mahmudovun işdən çıxarılması hələ də ölkənin ən aktual mövzusu olaraq qalır. Bundan öncəki yazıda qeyd etdiyimiz kimi, Mahmudovun “vurulması” səbəbsiz deyil. O prezident İlham Əliyevin tapşırıqlarına əməl etmədiyi üçün fəaliyyətinə xitam verilib.

E.Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılmasının gerçək səbəbi onun və rəhbərlik etdiyi qurumun ölkədə fəaliyyət göstərən iş adamlarına, sahibkarla, iri biznes sahiblərinə qarşı həyata keçirdikləri qanunsuz yoxlamalar və təzyiqlərlə bağlıdır.

Görünür gündəmi zəbt edən və geniş müzakirələrə yol açan bu hadsə bir çoxları üçün o qədər də önəmli deyil. Bu yazı bir daha onu sübüt edir ki, ölkədə sahibkarlara təzyiq göstərən, onları “tavana” otuzdurmaq, mülklərinə əl qoymaq istəyən oliqarxların sayı hələ kifayət qədərdir. Redaksiyamıza müraciət edən şikayətçinin dediklərini olduğu kimi təqdim edirik.

“Mən Əsgərov Niyaməddin Qaraş oğlu 10.06.2010-cu ildə “Mur – Ay” MMC – yə məxsus Yasamal ray., Xiyabani 18 ünvanında inşa edilmiş 14 mərtəbəli 1 bloklu binanı birinci mərtəbəsində 300 kv.m. qeyri – yaşayış sahəsini almışam.

2011-ci ildə binanı inşa edən şirkətin rəhbəri Elxan Hüseynov və digər şəxslər dələduzluqda ittiham olunmuşlar. Mən də öz növbəmdə zərərçəkmiş qismində DİN daxilində yaradılan komissiyaya müraciət etdim. DİN-də 1 ilə yaxın aparılan araşdırmalarla bir vaxtda, mən Yasamal rayon Məhkəməsinə mülkiyyət hüququmun tanınması məqsədi ilə müraciət etdim.

2013-cü ilin 25 dekabr tarixində məhkəmə mənim mülkiyyət hüququmu təstiqlədi. 2014-cü il 9 oktyabr tarixində Yasamal rayon Məhkəmə icraçıları yeri mənə təhfil verdilər və akt imzaladılar. 2015-ci ilin yanvar ayına qədər mənim mülkiyyətimdə olan 300kv.m. yerin 150kv.m-i istifadəyə verildi, digər 150kv.m. yeri isə təmir işləri aparıldı. Lakin tanınmış iş adamı İsfəndiyar Axundovun qardaşı İmran Axundov tərəfindən mülkiyyətimə müdaxilə olundu.

Səbəb kimi isə, 2012-ci ildə yuxarıda qeyd etdiyimiz məlum səbəblərdən sonra “Nur – Ay” MMC edilərək “Şərur” MTK-nın tərkibinə keçməsini göstərdilər. Bu qanunsuz iddia idi. Onlar 2015-ci ilin may ayında mənim mülkiyyətimdə olan, şəxsi vəsaitim hesabına tikdiyim qapı-pəncərə və divarları, heç bir səbəb olmadan günorta saatlarında dağıtdılar. Mən də öz növbəmdə 102 xidmətinə zəng etdim, Yasamal Polis idarəsinin 29-cu polis bölməsinə müraciət etdim.

Bu hərəkətlərin qəsdən, qarşı tərəfin əmlakına zərər vurma və xuliqanlıq əməllərinin olduğunu dedim. Onlarda müraciətimə əsasən hadisə yerinə gəldilər və qeyd olunan bu qanunsuz hərəkətlərin cinayət tərkibli olduğunu maddi sübutlarla qeydə aldılar.5 aydan artıq vaxt keçməsinə baxmayaraq hansısa mənə məlum olmayan səbəbdən Yasamal rayon Polis idarəsi heç bir faktiki tədbir görməyib.

Buna baxmayaraq qanunsuz əməllərindən əl çəkməyən Axundov qardaşları 2013-cü ildə mənim xeyrimə çıxan qətnamədən 2015-ci ilin avqust ayında Appelyasiya Məhkəməsinə şikayət verdilər. 14 sentyabr 2015-ci ildə Appelyasiya Məhkəməsi 2013-cü ildəki qərarı öz qüvvəsində saxladı. Buna baxmayaraq probləmlər və müdaxilələr davam etməkdədir. Bütün maddi sübutları foto formatında təqdim edirəm.”

Mövzunu diqqətdə axlayacağıq.

“Şərurlu İsfəndiyar” Eldar Mahmudovun “yolunu” gedir?
“Şərurlu İsfəndiyar” Eldar Mahmudovun “yolunu” gedir?
“Şərurlu İsfəndiyar” Eldar Mahmudovun “yolunu” gedir?