backend

Azərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər

Azərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) hesabatında deyilir.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olurlar.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AİF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır