backend

Bakının maşın bazarında vəziyyət - FOTOLAR

Bakının maşın bazarında vəziyyət - FOTOLAR
Bakının Badamdar qəsəbəsindəki "maşın bazarı"nda - Avtomobil Satışı Mərkəzində olaraq burada qiymətlərlə maraqlanıb.

Bazarda satıcılarla söhbətdən məlum oldu ki, vəziyyət o qədər də ürəkaçan deyil. Satıcılar deyirlər ki, onlar hər günü başa vurandan sonra sabahı gözləyirlər ki, bəlkə, ertəsi gün yaxşı olar. Bir sözlə, "maşın bazarı" əməlli-başlı müştəri qıtlığı yaşıyır.

Yaxınlaşdığımız avtomobil salonunun satıcısı bazarın vəziyyətini belə şərh etdi: "Son vaxtlar müştərilər azalıb. Gəlib baxanlar da maşın almadan çıxıb gedirlər. Nağd pulla avtomobil almaq istəyən də azdır, əksər müştərilər kreditlərlə maraqlanırlar".

Bazarın Fərhad adlı maşın alverçisi növbəti həmsöhbətimiz oldu. O, 9 ildir ki, bu işlə məşğuldur: "Mən çoxdandır bu işlə məşğulam. İndi bazarın vəziyyəti göz qabağındadır. Müştəri çox azdır, əvvəllər şənbə-bazar günləri yaxşı olurdu. Amma son vaxtlar işlərimiz pis gedir.
Bax, mənim 3 maşınım var, onlardan ikisini satıram, sonra əvəzində yenisini alıb, yenidən satıram. Bu yolla evimə pul aparam. Amma o maşınlar əlimdə qalıb, alan yoxdur".

Alverçi deyir ki, əvvəllər avtomobilləri Gürcüstandan, Rusiyadan gətirirmişlər, amma indi elə bazardan alıb, bazarda da satır".

Bazarda Rusiya avtomobili satan salonun satıcısı isə o qədər də narazı deyildi: "Rusiya maşınlarına tələbat var. Həm ucuzdur, həm də ki, təzə maşınlardır. Məsələn, LADA "Priora"nın təzəsi 9-10 min, "Niva" isə 13-15 min dollar arasında dəyişir. Müştərilərimiz olur. Bu gün 1 maşın satmışam. Yəqin ki, axşama kimi də 1-ni də sataram. Bizim əsas müştərilərimiz kənd yerlərindən olur".

Bazarda diqqətimizi çəkən maşınlardan biri də İran istehsalı olan avtomobillər oldu. Bu avtomobilləri həm kreditlə, həm də nağd qiymətə almaq olar. Bu maşının qiyməti isə 8-10 min arasında dəyişir.
Bakının maşın bazarında vəziyyət - FOTOLAR
Bakının maşın bazarında vəziyyət - FOTOLAR