Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.
Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan "Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.
Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
***
Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı RPİ-də araşdırma aparılır.