backend

Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev

Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Rayonda geniş abadlıq işləri aparılır, yeni müəssisələr tikilir
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Bu inkişaf özünü Bakının rayonlarının həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən belə rayonlarımızdan biri də Nərimanov rayonudur.
RİH başçısı Abdin Fərzəliyev deyir:
- Ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf bizim rayonda da aydın hiss olunur. Belə ki, bu ilin doqquz ayında rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, bütün istiqamətlərdə uğurlar əldə olunmuş, insanların rifahı daha da yaxşılaşmışdır. Qeyd edim ki, rayonda doqquz ayın yekunlarına görə 1 milyard 792 milyon manatlıq məhsul istehsal olunub, istehlakçılara 1 milyard 938 milyon manatlıq və ya bütün sənaye məhsulunun 108,1 faizi qədər sənaye məhsulu göndərilib, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 88,6 faiz təşkil edib, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2982 daimi iş yeri yaradılıb.
Öyrənirik ki, rayonda ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla həyata keçirilib. İlk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, yeni inşa olunan Olimpiya Stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar, həmçinin, Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı və rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park salınıb. Eyni zamanda paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi yüksək keyfiyyətlə davam etdirilir. Hazırda 193 nömrəli tam orta məktəbdə, Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işləri uğurla davam etdirilir.
Qeyd edək ki, Nərimanov rayonu son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə şəhər əhalisinin ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir.
Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Abdin Fərzəliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, Abdin Fərzəliyev Nərimanov rayonuna rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Nərimanov rayonunda görüləcək işlər çoxdur.
Abdin Fərzəliyevin əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır.
Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, Nərimanov rayonu indi gözəlliyi ilə ad çıxarmağa başlayıb. Rayonun demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə yoxdur.
Qeyd edək ki, Abdin Fərzəliyev icra başçısı gələndən sonra bütün dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Sonda onu da bildirək ki, hal hazırda Nərimanov rayonu yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Abdin Fərzəliyevin rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur
***
Nərimanov rayonunun təşəbbüskar, enerjili adamları şəxsi nümunəsi ilə irimiqyaslı quruculuğa səfərbər etməyi bacaran, qəlbində qurub-yaratmaq həvəsi gündən-günə artan rəhbəri Abdin Fərzəliyevə yeni uğurlar arzulamaqla söhbəti bitirib xudahafisləşdik.
Mərkəzi meydana düşəndə qədd-qamətli xan çinarların əhatəyə aldığı Heydər Əliyev prospektində adamların axın-axın axşam gəzintisinə çıxdıqlarını gördük. Gün ərzində yorulmadan işləyib doğma şəhərlərini gözəlləşdirən, çatışmazlıqları aradan qaldıran, bolluq yaradan bu adamlar indi ailələkcə dincəlir, zəhmətlərindən zövq-səfa alırdılar...
Daha xoş günlər nəsibiniz olsun!

Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev
Tələbkar və təşəbbüskar icra başçısı – Abdin Fərzəliyev