backend

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb
Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".

Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib.
1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını almışdır.
1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.
Ailəlidir, iki övladı var.
Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında xüsusi əməyi var. “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace–Telekommunikasiya Peyki” və s. milli və regional layihələrin rəhbəridir.

Beynəlxalq İnformatizasiya və Beynəlxalq Telekommunikasiya akademiyalarının həqiqi üzvü, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT baş katibi yanında Komissiyanın, Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun üzvüdür. 1995-1996-cı illərdə Kembric Bioqrafiya Mərkəzi tərəfindən texnika və texnologiya üzrə "İlin beynəlxalq adamı" elan edilib.

180-dən çox elmi əsərin və 18 elmi monoqrafiya və kitabların müəllifi və həmmüəllifidir. 14 texniki elmlər üzrə fəlsəfə doktoru və 8 texniki elmlər doktoru hazırlanıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

Onun işdən azad edilməsindən sonra MTN-də bir çox vəzifəli şəxslərin həbsi başlayıb. MTN işi ilə əlaqədar demək olar ki, hər gün həbslər həyata keçirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da bu çərcivədə həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.


V.Zeynalov - keçmiş Aparat rəhbəri

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

Bir neçə gün öncə açıqlama verən Ə.Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçiləri arasında hazırda müvəqqəti saxlanılanlar olduğunu etiraf etmişdi. "Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb