backend

Əlixan Zeynalov 10 il Azərbaycanda olmayan adama xarici pasport, şəxsiyyət və sürücülük vəsiqələrini necə alıb?

Əlixan Zeynalov 10 il Azərbaycanda olmayan adama xarici pasport, şəxsiyyət və sürücülük vəsiqələrini necə alıb?
Baş Dövlət Yol Polisi İdarəsinin 5 saylı rayonlararası Lənkəran Regional İmtahan Qeydiyyat Şöbəsindəəsl bazar hökm sürür.
Şöbənin rəisi Əlixan Zeynalov sürücülük vəsiqəsi satmaqdan tutmuş, saxta sənəd məsələsinə qədər hər işlə məşğul olur.

İddia edilir ki, Əlixan Zeynalovun hazırda satdığı sürücülük vəsiqələrinin qiymətləri kateqoriyalar üzrə dəyişir. Məsələn, B kateqoriyalı sürücülük vəsiqəsinin qiyməti əvvəllər 650 manat idisə, indi rəqəm 850-900 manata qaldırılıb. B və C kateqoriyalı sürücülük vəsiqələri isə 1100 manata qədər qiymətə minib. D və ya E kateqoriyalara sahib olmaq isə daha bahalaya başa gəlir. Bu zaman sürücü ən azından 2500-3000 manat xərcləmək məcburiyyətindədir.

Lənkəran MERO-nun rəisi təkcə bu işlərlə də məşğul olmur. Onun digər qazanc yerləri də var. Məsələn, Rusiyada yaşayan, amma ayağı bircə dəfə də olsun Azərbaycana dəyməyən vətəndaşın sənədlərini qaydaya salmaq kimi. Belə ki, Zeynalov Rusiyada yaşayan Azərbaycanlılara şəxsiyyət vəsiqəsi, xarici pasport və sürücülük vəsiqəsi almaq üçün həmin şəxsin zəhmət çəkib ölkəmizə gəlməsinə rəva görmür. Əvəzində isə ona 10000 manat müqabilində bütün sənədləri hazırlayıb, göndərir. Və xahiş edir ki, bu cür istəkləri olanlar ona mütəmadi olaraq müraciət etsinlər.

P.S. Əlixan Zeynalovun adı bir başqa qalmaqallı hadisədə hallanır. Oğurluq avtomobillərin Lənkəran MERO-da necə sənədləşdirildiyinə dair bəzi məlumatlar yayılıb. Bundan başqa, onun otel biznesinə qurşandığı və digər işlərlə məşğul olduğuna dair iddialar da az deyil. Üstəlik, onun BDYPİ-də kimin yerinə gəlmək istəməsi də maraqlı məsələlərdəndir.